Məşhur azərbaycanlı gitaraçı konsert verəcək - Foto

Məşhur azərbaycanlı gitaraçı konsert verəcək - Foto
21 aprel 2020
# 12:59

Koronavirus pandemiyasının davam etdiyi bu günlərdə müxtəlif ölkələrdə yaşayan sənətçi soydaşlarımız da virtual məkanda – sosial şəbəkələr üzərindən müxtəlif layihələr, təqdimatlarla çıxış edirlər.

Aprelin 24-də Moskva vaxtilə saat 19:00-da Rusiyada yaşayan həmyerlimiz, dünya şöhrətli klassik gitara ifaçısı Rövşən Məmmədquliyev onlayn solo konsert proqramı ilə çıxış edəcək. Həmyerlimiz “Instagram” və “Facebook” sosial şəbəkə hesablarında konsert haqqında məlumat verərək bildirib ki, musiqisevərlərə üç hissədən ibarət rəngarəng proqram təqdim edəcək. Eyni zamanda, ifaçı canlı olaraq izləyicilərin suallarını cavablandıracaq.

Klassik gitara ifaçılığında "gitaranın şairi" adlandırılan Rövşən Məmmədquliyev çoxsaylı Rusiya və beynəlxalq miqyaslı müsabiqələrin qalibidir.

Rövşən Məmmədquliyev 1986-cı il mayın 12-də Bakıda doğulub. 1993-cü ildə ailəsi Rusiyaya köçüb. 11 yaşından gitarada ifa etməyi öyrənməyə başlayıb. Nijni Novqorod şəhərində 7 nömrəli İncəsənət məktəbini və M.A.Balakirev adına Musiqi Kollecini əla qiymətlərlə, 2009-cu ildə isə M.İ.Qlinka adına Nijeqorod Konservatoriyasında (Akademiya) məşhur ifaçı, Rusiya müsabiqələri laureatı, dosent A.A.Petropavloskinin klassik gitara sinfini bitirib. Həmin ildə konservatoriyanın aspiranturasına daxil olub və Milli alətlər kafedrasında dərs deməyə başlayıb.

1999-cu ildən mütəmadi olaraq sənət yarışmalarında iştirak edən ifaçı 20-dən artıq mükafatın sahibidir. Həmyerlimiz yüksək sənət nailiyyətlərinə görə Rusiya Prezidentinin mükafatına, eyni zamanda, Nijeqorod Vilayəti qubernatorunun və Nijni Novqorod merinin xüsusi təqaüdünə layiq görülüb.

Musiqiçi repertuarında dünya klassikləri də daxil olmaqla müasir bəstəkarların əsərlərinə, həmçinin öz bəstələrinə də yer verir. 2011-ci ildə Bakıda 3-cü Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə birgə çıxış edib./azertag.az/

Gallery

# 3779 dəfə oxunub

Oxşar xəbərlər

Hidayət Orucov vəfat etdi

Hidayət Orucov vəfat etdi

23:50 13 iyun 2026
Flora Kərimova xəstəxanaya yerləşdirildi

Flora Kərimova xəstəxanaya yerləşdirildi

21:00 13 iyun 2026
"Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi

"Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi

16:00 13 iyun 2026
Bakıda "Son zəng" - FOTOLAR

Bakıda "Son zəng" - FOTOLAR

13:50 13 iyun 2026
YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açıldı

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açıldı

12:30 13 iyun 2026
Heteronimləri ilə məşhur olan ədib - O, sevdiyi qadına nə məsləhət görmüşdü?

Heteronimləri ilə məşhur olan ədib - O, sevdiyi qadına nə məsləhət görmüşdü?

11:30 13 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər