Misirli jurnalist İçərişəhərdən yazdı

Misirli jurnalist İçərişəhərdən yazdı
17 dekabr 2020
# 18:50

Misirin tanınmış jurnalisti, “Aldiplomasy” informasiya portalının baş redaktoru Əşrəf Əbu Urafə Azərbaycan mədəni irsinin incisi İçərişəhər haqqında geniş məqalə yazıb.

Kulis.az xəbər verir ki, məqalədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şirvanşahlar Sarayı Kompleksi və Qız qalasının iyirmi il əvvəl UNESCO-nun Dünya İrs Siyahısına salınması, bu nadir tarixi məkanın Azərbaycanda dövlət səviyyəsindən qorunması barədə məlumat verilir. Əlavə edilir ki, Dünya İrs Şəhərləri Təşkilatının Cənubi Avropa və Aralıq dənizi ölkələri üzə Regional Katibliyinin "Mobillik və Mədəni irs" mövzusunda kitabçasında İçərişəhər Avropanın 13 tarixi şəhərindən biri seçilib.

Müəllif diqqətə çatdırıb ki, İçərişəhər orta əsrlərdə Azərbaycanda yüksək inkişaf etmiş şəhərsalma sənətinin olduqca qiymətli incisi olub. Onun ərazisində yerləşən Qız qalası, Şirvanşahlar sarayı kompleksi ilə bərabər qala divarları, məscidlər, karvansara, zorxana, hamam, bazar meydanı və sair obyektlər Azərbaycan memarlıq sənətinin keçdiyi ayrı-ayrı mərhələləri özündə əyani şəkildə təcəssüm etdirən misilsiz abidələrdir. Bu məkan XIX əsrdən, neft sənayesinin inkişafı ilə İçərişəhər adlanmağa başlayıb. Arxeoloji qazıntılar hələ VII əsrdən İçərişəhərdə yaşayış binaları tikildiyini göstərir. Yerli şəraitə uyğunlaşdırılmış küçələr şəbəkəsi, ərazidən əlverişli istifadə edilməsi, əsas binaların yerləşdirilməsində dəniz amilinin nəzərə alınması İçərişəhəri şəhərsalma sənət nümunəsi kimi səciyyələndirir. Qız qalasının ətrafı orta əsrlərdə şəhərin mərkəzi olub. XVIII əsrdə Bakı xanlığının yaranması ilə əlaqədar olaraq İçərişəhərdə Xan Sarayı tikilib və yeni su kəmərləri inşa edilib.

Məqalədə İçərişəhərdə bərpa işləri, qala divarlarının mühafizəsi ilə əlaqədar Azərbaycan dövlətinin gördüyü işlərdən də bəhs edilib.

# 2187 dəfə oxunub

Oxşar xəbərlər

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

15:00 4 oktyabr 2025
Cim Kerriyə "Cesar" mükafatı veriləcək

Cim Kerriyə "Cesar" mükafatı veriləcək

13:20 4 oktyabr 2025
Əlisəmid Kürün son vəziyyəti  - Həyat yoldaşından açıqlama

Əlisəmid Kürün son vəziyyəti - Həyat yoldaşından açıqlama

11:55 4 oktyabr 2025
Tanınmış türkiyəli aktyor vəfat etdi

Tanınmış türkiyəli aktyor vəfat etdi

11:43 4 oktyabr 2025
Alim Qasımov Torontoda konsert verdi

Alim Qasımov Torontoda konsert verdi

11:20 4 oktyabr 2025
Məşhur reperə 4 il həbs cəzası verildi

Məşhur reperə 4 il həbs cəzası verildi

11:00 4 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər