Millət vəkili toy adətlərimizi darmadağın etdi: “Bu, qudurğanlıqdır!”

Millət vəkili toy adətlərimizi darmadağın etdi: “Bu, qudurğanlıqdır!”
19 may 2020
# 16:44

“İndiki toyların bəziləri bizim tarixən formalaşmış toy ənənələrimizə bir parodiyadır”.

Bu sözləri millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində pandemiya dövrünün toyu necə olmalıdır mövzusunda danışarkən bildirib.

“Şadlıq evlərinin bir mafiyası var. Deyir, 150 manata yemək verirəm. Mən qonağıma belə yemək vermək istəmirəm. 50 manat mənə bəs edir. Onda da deyir, burda toy keçirə bilməzsən. Bu qudurğanlıqdır".

S.Rüstəmxanlı Bakı toylarından da danışıb:

“Bakı toyları yadıma düşür. Hətta bir dəfə dedim ki, qayıtmalıyıq Bakı toylarına. Yoxsa bugünkü toylarda 5 saat otur, aşırı dərəcədə yemək, içmək, heç kim bir-birini dinləmir, gurultu da bir yandan, bu nə toydu? Toy olar, ailə, dost, tanış gələr, oynayar. Əvvəllər ağsaqqallar söz deyərdilər, indi daha söz demək də yoxdur. Ancaq o vaxtlar Bakı toyları çox sadə keçirilirdi. İndiki toyların axırında toy sahibi borclu çıxır. Millət özü üçün belə faciə yaradar?”

# 8614 dəfə oxunub

Oxşar xəbərlər

"Evlilik müharibəyə getmək kimi bir macəradır..." -  Tanınmış ingilis yazıçıdan aforizmlər

"Evlilik müharibəyə getmək kimi bir macəradır..." - Tanınmış ingilis yazıçıdan aforizmlər

13:30 14 iyun 2026
Sürgündə vəfat edən Cümhuriyyət naziri - Onu  nədə ittiham edirdilər?

Sürgündə vəfat edən Cümhuriyyət naziri - Onu nədə ittiham edirdilər?

11:30 14 iyun 2026
Hidayət Orucov vəfat etdi

Hidayət Orucov vəfat etdi

23:50 13 iyun 2026
Flora Kərimova xəstəxanaya yerləşdirildi

Flora Kərimova xəstəxanaya yerləşdirildi

21:00 13 iyun 2026
"Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi

"Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi

16:00 13 iyun 2026
Bakıda "Son zəng" - FOTOLAR

Bakıda "Son zəng" - FOTOLAR

13:50 13 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər