Milli Qəhrəmanımıza həsr olunmuş filmin təqdimatı keçirilib

Milli Qəhrəmanımıza həsr olunmuş filmin təqdimatı keçirilib
28 noyabr 2019
# 13:30

Bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinin və Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Mədəni İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində “Qısa ömrün uzun yolu” sənədli-bədii filminin təqdimat mərasimi keçirilib.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, “Bay Film” studiyası tərəfindən lentə alınınan film 1995-ci ilin mart hadisələri zamanı şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Qəhrəman oğlu Mansurova həsr olunub.

Təqdimat mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, Qarabağ Müharibəsi Əlilləri, Vetearnları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şöbəsinin sədri Tərlan Hacızadə, yazıçı, publisist Hafiz İmamnəzərli, Əməkdar artistlər İzaməddin Bağırov, Nazir Rüstəmov çıxış edərək belə filmlərin gənclərin mənəvi tərbiyəsində, onlara vətənpərvərlik ruhunun aşılanmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Filmin prodüsseri Gəray Əlibəyov, ssenari müəllifi Vaqif Rəsuloğlu, quruluşçu rejissoru Sevindik Rəsulov çıxış edərək film haqqında məlumat veriblər.

Daha sonra çıxış edən Milli Qəhrəmanın qardaşı, polkovnik Bəhrəm Mansurov filmin yaradıcı heyətinə, tədbirin təşkilatçılarına və qonaqlara ailəsi adından təşəkkür edib, belə təbliğat kampaniyalarının gücləndirilməsinin vacibliyini vurğulayıb.

Tədbir filmin nümayişi ilə başa çatıb.

# 4632 dəfə oxunub

Oxşar xəbərlər

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

17:07 6 noyabr 2026
“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

16:27 6 noyabr 2026
“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

15:58 6 noyabr 2026
Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

14:57 6 noyabr 2026
"Xoşbəxtlik qaçmaqda deyil, dayanmaqdadır" – Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatından reportaj

"Xoşbəxtlik qaçmaqda deyil, dayanmaqdadır" – Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatından reportaj

14:41 6 noyabr 2026
Zəfər Gününə həsr olunmuş xeyriyyə sərgisi təşkil edildi

Zəfər Gününə həsr olunmuş xeyriyyə sərgisi təşkil edildi

14:39 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər