Kukla Teatrında onlayn tamaşa

Kukla Teatrında onlayn tamaşa
6 yanvar 2021
# 18:57

Yanvarın 9-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının sosial şəbəkələrində “Şəngülüm, Məngülüm” tamaşası nümayiş ediləcək.

Kulis.az xəbər verir ki, tamaşaya teatrın rejissoru Anar Məmmədov quruluş verib. Quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Elza Seyidcahan olan tamaşanın ifaçısı Musiqili Teatrın aktrisası Ülviyyə Əliyevadır.

Azərbaycan xalq nağılı “Ana keçinin intiqamı” əsasında “Şəngülüm, Şüngülüm və Məngülüm” adlı kiçik poema yazan Mikayıl Müşfiq böyük və zəngin poeziyasında balacalara da yer verdi. Onun məktəb şeirlərini əzbər bilən, poetikasına yaxından bələd olanlar bilir ki, şairin zərif duyumu, hadisələrə humanist baxışı bu poemada özünün ən gözəl izlərini buraxıb.

Kuklaçılar da hər kəsin az qala əzbər bildiyi mübariz ana keçinin nağılına bu dəfə müəyyən ixtisarlarla, birhissəli monotamaşa kimi yanaşdı və göstərdi ki, bir aktyorun ifasında, eyni zamanda, bir neçə obrazı canlandırıb ifadə etmək olar.

Tamaşanın mahnı mətnləri də Mikayıl Müşfiqin uşaq şeirləri və eyniadlı poemasından seçilib. Klassik üslubda səhnə tərtibatı verilən tamaşada müxtəlif kukla texnikaları tətbiq olunub. Belə ki, ifaçı həm parket, həm də əlcək kuklalardan istifadə etməklə səhnədə altı obrazda - Nağılçı, Dəmirçi, Ana keçi, Şəngülüm, Məngülüm və Canavar çıxış edir. Onu da qeyd edək ki, bu əsər teatrda əvvəllər də tamaşaya qoyulub. Bu dəfə monotamaşa üslubunda ərsəyə gətiriləcək səhnə işində Keçinin balalarından biri - Şüngülüm ixtisar edilib.

# 2290 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur rəsm əsəri 36 milyon dollara satıldı

Məşhur rəsm əsəri 36 milyon dollara satıldı

15:40 25 oktyabr 2025
Söyülən, saçı qırxılan gəlinlər, bəyi öpən qadınlar - Dünyanın ən qəribə evlilik ritualları

Söyülən, saçı qırxılan gəlinlər, bəyi öpən qadınlar - Dünyanın ən qəribə evlilik ritualları

15:00 25 oktyabr 2025
Cəlil Məmmədquluzadənin Tbilisidəki barelyefində “Azərbaycan” sözü bərpa olundu

Cəlil Məmmədquluzadənin Tbilisidəki barelyefində “Azərbaycan” sözü bərpa olundu

12:52 25 oktyabr 2025
Şahnaz Haşımovanın vəziyyəti açıqlandı

Şahnaz Haşımovanın vəziyyəti açıqlandı

12:37 25 oktyabr 2025
Ayşe Barımla bağlı həbs qərarı ləğv edildi

Ayşe Barımla bağlı həbs qərarı ləğv edildi

12:10 25 oktyabr 2025
Qapı arxasındakı həqiqət - İman İmanlının hekayəsi

Qapı arxasındakı həqiqət - İman İmanlının hekayəsi

11:35 25 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər