Kukla Teatrı yeni tamaşa təqdim edəcək

Kukla Teatrı yeni tamaşa təqdim edəcək
13 fevral 2020
# 18:00

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı rus şairi Aleksandr Sergeyeviç Puşkinin yaradıcılığına müraciət edərək “Balıqçı və balıq haqqında nağıl”ını təqdim edəcək.

Kulis.az xəbər verir ki, “Qızıl balıq” adı verilən bu tamaşanın quruluşçu rejissoru Anar Məmmədovdur.

Tamaşada qəhrəmanların simasında var-dövlətə, şan-şöhrətə hərisliyin gətirdiyi uğursuzluq aydın detallarla təqdim olunur. Bununla da rejissor balacalara sahib olduqları ilə kifayətlənməyib, acgözlük edən qarının timsalında xudbinlik və azğınlığın acı sonluğunu göstərməyə çalışacaq. Rejissorun əsərin ideyasından irəli gələrək qabartdığı məqamlardan biri də rahat həyatın, xoş münasibətin yoxsulluqda da mümkün olmasıdır ki, bunu da balıqçının humanist, mehriban, həssas obrazında nümayiş etdirəcək.

Gallery

Klassik üslublu tamaşada masaüstü və troslu kukla texnikaları tətbiq olunmaqla ümumilikdə 13 kukla (səhnələrə uyğun dəyişmələrlə) hazırlanıb. Tamaşanın quruluşçu rəssamı İqbal Əliyev budəfəki səhnə tərtibatı və kuklalar üzərində işdə bütünlükdə ənənəvi üsluba əsaslanıb.

Gallery

Birhissəli kukla tamaşasının bəstəkarı Vüqar Camalzadədir. Obrazları teatrın aparıcı aktyorları Cavid Telman, Aygül Ağayeva, Elgün Həmidov və Günay Əhməd canlandırırlar.

Azərbaycan və rus bölmələri üzrə hazırlanan tamaşa martın ortalarında balaca teatrsevərlərin ixtiyarına veriləcək.

# 3771 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış musiqiçi dünyasını dəyişdi

Tanınmış musiqiçi dünyasını dəyişdi

18:29 7 avqust 2026
İtaliyada qədim bina tapıldı

İtaliyada qədim bina tapıldı

18:10 7 avqust 2026
Ağ Ev sərt şəkildə tənqid olundu – “Hörümçək adam”a görə

Ağ Ev sərt şəkildə tənqid olundu – “Hörümçək adam”a görə

17:45 7 avqust 2026
Milyonlara stimul verən fenomen vəfat etdi – Səbəb

Milyonlara stimul verən fenomen vəfat etdi – Səbəb

15:30 7 avqust 2026
"Vüqar Biləcəri onu Hüseyn Cavidlə müqayisə etdiyinizi bilsəydi..." - Görəsən, meyxanaçılar bizdən inciməz ki?

"Vüqar Biləcəri onu Hüseyn Cavidlə müqayisə etdiyinizi bilsəydi..." - Görəsən, meyxanaçılar bizdən inciməz ki?

15:00 7 avqust 2026
Gələn il "Michael" filminin davamı çəkiləcək

Gələn il "Michael" filminin davamı çəkiləcək

14:50 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər