Koronavirusla mübarizə mövzusunda hekayə müsabiqəsi elan edilib

Koronavirusla mübarizə mövzusunda hekayə müsabiqəsi elan edilib
6 aprel 2020
# 16:02

Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi elan edir.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, müsabiqənin təşkilində əsas məqsəd koronavirus pandemiyasının yaratdığı bəşəri problemlərin və ölkədə bu epidemiyaya qarşı aparılan mübarizənin ədəbiyyat mövzusuna çevirməklə gələcək nəsillərə bədii formada çatdırılması, özündə sosial məsuliyyəti, epidemiyanın təhlükəsi və infeksiyadan qorunmaq barədə informasiyanı ehtiva edən əsərləri ərsəyə gətirməklə əhalinin maarifləndirilməsi və yardıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından yeni hekayələrin yazılmasına stimul verməkdir.

Müsabiqənin şərtləri aşağıdakı kimidir:

Hekayələrin mövzusu tibb işçilərinin koronavirus infeksiyası ilə apardığı mübarizəni, pandemiya ilə əlaqədar həyatları risk altında olan digər peşə sahiblərinin fəaliyyətini, karantin və izolyasiya tədbirləri ilə bağlı əhalinin göstərməli olduğu sosial məsuliyyəti, dövlətimizin mövcud situasiya ilə əlaqədar həyata keçirdiyi tədbirləri, epidemiyanın yaratdığı bəşəri problemləri və digər aktual məsələləri əhatə etməlidir.

Hekayələr daha əvvəl heç bir yerdə çap olunmamalı və yayımlanmamalıdır.

Müsabiqəyə 25.000 (iyirmi beş min) işarədən artıq olmayan hekayələr qəbul olunur.

Hekayənin mətni üçün tələblər - şriftin qarnituru “Arial” 12, sətirlər arası interval 1, faylın formatı “doc.” A4.

Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.

Müəllif özü haqqında məlumatı və əlaqə vasitəsini fayla əlavə etməlidir.

Ən yaxşı hekayələr "Radio Antenn" 101 FM-də yayımlanan “Canlı kitab” verilişində səsləndiriləcəkdir.

Mükafatlar:

Birinci yer – I dərəcəli diplom və 2000 manat

İkinci yer – II dərəcəli diplom və 1500 manat

Üçüncü yer – III dərəcəli diplom və 1000 manat

2 həvəsləndirici mükafat – xüsusi diplom və 500 manat

Müsabiqənin müddəti:

Müsabiqəyə hekayələrin qəbulu 29 may 2020-ci il tarixində sona çatacaq.

12 iyun 2020-ci il tarixinədək qaliblərin mükafatlandırması təşkil olunacaq.

Əlavə məlumat üçün müraciət edə bilərsiniz:

Tel.: (051) 359 19 19

(050) 563 05 65

İştirakçılar tərəfindən hekayələr aşağıdakı elektron poçt ünvanına göndərilməlidir.

E-mail: [email protected]

# 2953 dəfə oxunub

Oxşar xəbərlər

Müasir incəsənətin panoraması - Çingiz Babayev

Müasir incəsənətin panoraması - Çingiz Babayev

18:35 24 fevral 2026
30 illik səyahət, çoxsaylı evliliklər, gözüyaşlı qadınlar...  - O, məşhur "Səyahətnamə"sini özü yazmamışdı?

30 illik səyahət, çoxsaylı evliliklər, gözüyaşlı qadınlar... - O, məşhur "Səyahətnamə"sini özü yazmamışdı?

17:00 24 fevral 2026
İstiqlal Muzeyində Xocalı faciəsi qurbanlarının xatirəsi anıldı

İstiqlal Muzeyində Xocalı faciəsi qurbanlarının xatirəsi anıldı

16:20 24 fevral 2026
Samir Nuriyev Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordenini təqdim etdi

Samir Nuriyev Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordenini təqdim etdi

15:10 24 fevral 2026
“Vicdanın susduğu gecə”  adlı anım tədbiri keçirildi

“Vicdanın susduğu gecə” adlı anım tədbiri keçirildi

14:30 24 fevral 2026
Postmodern jest və mifoloji yaddaşın sintezi – çağdaş İran poeziyasının parlaq imzası

Postmodern jest və mifoloji yaddaşın sintezi – çağdaş İran poeziyasının parlaq imzası

14:00 24 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər