Kitab təqdimatı və sərgi pandemiya ilə əlaqədar yeni qaydada keçiriləcək

Kitab təqdimatı və sərgi pandemiya ilə əlaqədar yeni qaydada keçiriləcək
1 oktyabr 2020
# 15:24

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, rəssam, şair Telman Abbasovun “Qəlbimin palitrası” adlı kitabının təqdimatı və eyniadlı rəsm sərgisinin açılışı olacaq.

Kulis.az xəbər verir ki, oktyabrın 6-da saat 12:00-da Xətai Sənət Mərkəzində reallaşacaq tədbirin pandemiya səbəbindən müəyyən qaydalara əməl etməklə keçirilməsi nəzərdə tutulur. Tədbirə giriş qeydiyyatladır.

Tədbirdə iştirak etmək istəyənlər www.xsm.az saytında tədbirlər bölümünə daxil olub və ya birbaşa https://xsm.az/site/telmanabbasov/ linkində “Qəlbimin palitrası” afişasına toxunmaqla, özü haqqında qısa məlumatı (ad, soyad, əlaqə nömrəsi və e-mail adresi) yerləşdirməklə qeydiyyatdan keçə bilərlər.

Telman Abbasovun şeirlər kitabını müəllifin öz imzası ilə əldə etmək, rəssamın yaradıcılığı ilə daha yaxından tanış olmaq, həmçinin rəssamın bir əsərinə sahib olmaq üçün şans biletini əldə etmək istəyən hər kəs tədbirdə iştirak edə bilər.

Sərgi 3 gün davam edəcək.

# 2644 dəfə oxunub

Oxşar xəbərlər

Gəncə Dram Teatrını su basdı

Gəncə Dram Teatrını su basdı

17:18 23 may 2026
Əfsanəvi fotoqrafın obyektivindəki Paris - Fahişəxanalar, barlar və küçələr

Əfsanəvi fotoqrafın obyektivindəki Paris - Fahişəxanalar, barlar və küçələr

15:00 23 may 2026
Kralın toy tortu 15 il sonra hərraca çıxarıldı

Kralın toy tortu 15 il sonra hərraca çıxarıldı

14:22 23 may 2026
Narkotik şübhəsi ilə saxlanılmışdı, konsertdə saçı yandı

Narkotik şübhəsi ilə saxlanılmışdı, konsertdə saçı yandı

12:44 23 may 2026
Məşhur reper vəfat etdi

Məşhur reper vəfat etdi

11:00 23 may 2026
Xanımı əsir düşdü, bir daha üzü gülmədi – "Xətai" təxəllüsünün bilinməyən tarixçəsi

Xanımı əsir düşdü, bir daha üzü gülmədi – "Xətai" təxəllüsünün bilinməyən tarixçəsi

10:40 23 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər