Kinematoqrafçılar İttifaqı Kulisin əməkdaşına mükafat verdi

Kinematoqrafçılar İttifaqı Kulisin əməkdaşına mükafat verdi
2 avqust 2020
# 13:45

Azərbaycan kino xadimlərinin peşə bayramı olan 2 Avqust – Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqı ənənəvi olaraq mükafatlandırdığı kino xadimlərinin bu ilki siyahısını açıqlayıb.

Kulis.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyinin qərarına əsasən, “Sənət ideallarına sadiqliyinə görə” aktyor Fərhad İsrafilov, “Müasir kino dili ilə çəkilmiş filmlərin beynəlxalq uğuruna görə” kinorejissor Teymur Hacıyev, “Azərbaycan kino problemlərinə həsr olunmuş məqalələr silsiləsinə görə” kinoşünas Sevda Sultanova təltif olunublar.
Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatı hər il milli kinematoqrafiyanın inkişafında xidmətləri ilə fərqlənmiş Azərbaycanın yaradıcı ziyalılarına ünvanlanır. Mükafatı təsis etməkdə məqsəd milli kinoda müsbət tendensiyaları diqqət mərkəzinə gətirməkdir. Nominantların seçimini apararkən İttifaqın katibliyi ötən kino mövsümü ərzində gedən prosesi diqqətlə müşahidə və təhlil edir, kinematoqrafiyanın müxtəlif sahələrindəki xidmətləri qeyd edir və açıq səsvermə yolu ilə laureatları seçir.

Bu vaxta qədər yazıçı Anar, mərhum aktyor Fuad Poladov, səs rejissoru Əsəd Əsədov, kino rəssamı Firəngiz Qurbanova, kinorejissor Murad İbrahimbəyov, aktrisa Şükufə Yusupova, kinorejissor Cahangir Zeynallı, aktrisa Zülfiyyə Qurbanova, bəstəkar Rauf Əliyev, diplomat və ictimai xadim Ramiz Abutalıbov, rejissor Mirbala Səlimli, operator Yuri Varnovski, kino və televiziya rejissoru Nazim Rza İsrafiloğlu və başqa peşəkarlar bu nüfuzlu mükafata layiq görülüblər.

Məlumat üçün bildirək ki, İttifaqın 2012-ci ildə təsis etdiyi mükafatın təqdimetmə mərasimi karantin sonrası günlərdə baş tutacaq.

# 5856 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər