Kamal Abdullanın romanı rus dilində çap olundu

Kamal Abdullanın romanı rus dilində çap olundu
30 sentyabr 2021
# 10:09

Xalq yazıçısı Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı rus dilində çap olunub.

Kulis.az xəbər verir ki, yazıçının sayca dördüncü romanının tərcüməçisi Azər Mustafazadə, redaktoru və ön sözünün müəllifi Etimad Başkeçiddir. O, ön sözdə romanı belə xarakterizə edir:

“Sirlərin sərgüzəşti”ni oxuyanda adama elə gəlir ki, ümumiləşdirilə bilməyən qəribə bir proses dünyaya hakimdir: klassik ümumiləşdirmə və təhlil metodları burada az işə yarayır. Buna baxmayaraq, müəyyən universal yanaşmalar var ki, onları diqqətə almamaq çətindir. Bunlardan birində deyilir ki, gözəl üslub müəllif əməyinin, çəkilən zəhmətin izlərini özündə saxlamamalıdır. Doğrudan da metaprozanın, demək olar, bütün elementlərini özündə ehtiva edən «Sirlərin sərgüzəşti» romanı elə bir ekzistensial təcrübənin ifadəsidir ki, oxucuda zərrə qədər də şübhə doğurmur. Bundan başqa, oxucu burada yaradıcı oyunun bilavasitə iştirakçısına çevrilir ki, bu da təsvir olunan bütün prosesin dinamikasına xüsusi anlam verir, onun spontan, canlı xarakterini üzə çıxarır. Burada hər bir personaj, oxucunun özü də daxil olmaqla, sonu sirrin xarkteri ilə müəyyənləşən hadisələr burulğanının içinə düşür. Burada bütün universumun əvəzolunmaz faktoru olan sirrdən söhbət gedir”.

Roman “Azərnəşr”də işıq üzü görüb.

“Sirlərin sərgüzəşti” müasir nəsr texnikasına xas olan iç-içə süjetlər və fəsillərlə assosiasiya olunan hadisələrin anoxronik ardıcılığı şəklində qurulub. Əsərin qəhrəmanı olan Həsən müəllim (Hacı Mir Həsən Ağa Səyyah) nəql olunan əhvalatların fövqündə dayanaraq sirlərin sərgüzəştinə şahidlik və bələdçilik edir. Bu mənada roman oxucunu öz sirlərinin ağuşuna alır, onu da sirrə vaqif edir. Odunçu Əhmədin, Təpəgözün, Banuçiçəklə Beyrəyin çözülən sirri oxucunu Kamal Abdullanın bundan əvvəl qələmə aldığı mətnlərdəki mətləblərə bir daha üz tutmaq ehtiyacı ilə üz-üzə qoyur. “Sirlərin sərgüzəşti”ndəki arxetipik məqamlar romanı müəllifin digər mətnləri ilə aşkar və gizli lağımlarla bağlayır.

# 2984 dəfə oxunub

Oxşar xəbərlər

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

19:19 24 noyabr 2026
Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

18:44 24 noyabr 2026
Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

17:46 24 noyabr 2026
Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

17:14 24 noyabr 2026
"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

17:00 24 noyabr 2026
Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

15:46 24 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər