Kamal Abdullanın romanı Buxarestdə təqdim olundu - Fotolar

Kamal Abdullanın romanı Buxarestdə təqdim olundu - Fotolar
27 noyabr 2019
# 09:58

Xalq yazıçısı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı Buxarestdə keçirilən beynəlxalq kitab yarmarkasında təqdim olunub.

Kulis.az xəbər verir ki, hər il keçirilən yarmarkada 400-dən çox rumın və xarici nəşriyyatlar, tipoqrafiyalar, mədəniyyət mərkəzləri və institutlar, ədəbi agentliklər, kitabxanalar və s. təmsil olunur. Üç mindən çox müəllifin iştirak etdiyi kitab yarmarkasında 26 ildir ki, Azərbaycandan yeganə müəllif olaraq Kamal Abdullanın adı çəkilir.

Tərcümə prosesindən danışan tərcüməçi Lyudmila Bejenaru Rumıniyada bu romanın maraqla qarşılandığını diqqətə çatdırıb. O, “Sehrbazlar dərəsi”nin Kamal Abdullanın yaradıcılığında mühüm rol oynayan əsərlərdən olduğunu deyib. Tərcümə prosesindən danışan ədəbiyyatşünas fərqli mədəniyyətə malik olduqlarına görə tərcümənin asan olmadığını söyləyib.

Mistik əhvalatların baş verdiyi paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının taleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömür edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının görüşündən, Sufi dərvişlərin həyatından bəhs edən mistik roman müxtəlif dillərdə və müxtəlif ölkələrdə çap edilməklə dünya oxucusunun da diqqətini çəkib. Müxtəlif dillərdə çap olunan “Sehrbazlar dərəsi” romanı orta əsrlərdə və sonrakı dövrdə İslam mədəniyyətinin mühüm komponentlərindən biri olan sufiliyin təsiri altında yaranmış təxəyyülün məhsuludur.

Kamal Abdullanın yaradıcılığından danışan şair Daniel Korb deyib ki, paralel dünyaların təsvirlərini verən Kamal Abdulla bütün təsvirləri xalqının adət və ənənələri fonunda təqdim etməyi bacarıb.

Qeyd edək ki, kitabı rumın dilinə Rumıniyanın “Al və Kuza” Yas Universitetinin dosenti Lyudmila Bejenaru və onun tələbəsi İrina Milea tərcümə edib.

# 3594 dəfə oxunub

Oxşar xəbərlər

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

17:07 6 noyabr 2026
“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

16:27 6 noyabr 2026
“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

15:58 6 noyabr 2026
Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

14:57 6 noyabr 2026
"Xoşbəxtlik qaçmaqda deyil, dayanmaqdadır" – Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatından reportaj

"Xoşbəxtlik qaçmaqda deyil, dayanmaqdadır" – Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatından reportaj

14:41 6 noyabr 2026
Zəfər Gününə həsr olunmuş xeyriyyə sərgisi təşkil edildi

Zəfər Gününə həsr olunmuş xeyriyyə sərgisi təşkil edildi

14:39 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər