İtinin 2 milyon izləyicisi olan yəhudi - Maraqlı faktlar

İtinin 2 milyon izləyicisi olan yəhudi - Maraqlı faktlar
14 may 2020
# 17:15

Bu gün Facebook-un yaradıcısı, məşhur Mark Zukerberqin doğum günüdür. Onun 36 yaşı tamam olur. Kulis.az onun haqqında maraqlı faktları təqdim edir.

Mark Zukerberq 14 may 1984-cü ildə White Plainsdə (Nyu-York) anadan olub. Atası stomatoloq, anası psixiatrdır. Ailədə 4 uşaqdırlar.

***

Vegeteriandır. Amma bir müsahibəsində deyib ki, ancaq özünün kəsdiyi heyvanların ətini yeyir.

***

“Beast” adlı itinin Facebook səhifəsinin 2 milyon izləyicisi var.

***

“Simpsonlar” multserialında Mark Zukerberq özünü səsləndirib.

Gallery

Markı tənqid edirdilər ki, 19 milyard dolları olmağına baxmayaraq toyda öz həyat yoldaşına cəmi 25 min dollarlıq üzük taxıb.

***

Nişan üzüyünü sevgilisinə özü hazırlayıb.

***

Zukerberq daltonikdir. O yaşıl və qırmızı rəngləri seçə bilmir. Amma göy rəngi çox yaxşı görür. “Göy rəngi mənim üçün ən zəngin rəngdir. Mən göyün bütün çalarlarını görə bilirəm”- o deyir.

***

Yaxınları ona robot deyir. Çünki oduqca soyuqqanlı və vecsiz adamdır. Gününün böyük hissəsini işləyir və ətrafa reaksiya vermir.

Gallery

***

İdealları Eynşteyn, Pikasso, Stiv Cobsdur.

***

“Twitter” hesabı var, amma istifadə etmir. Son tvitini 2012-ci ildə yazıb.

***

Yəhudi əsilli biznesmen ateistdir.

***

Daha çox “Forsaj” filmindən tanıdığımız ABŞ-lı aktyor Van Disellə dostdur.

Gallery

Dil öyrənmək hobbisidir. Əsasən qədim dilləri öyrənən Mark Latın dilini bilir.

***

İkinci kursda oxuyarkən Feysbukda işlərinin yaxşı getdiyini görüb Harvard Universitetini tərk edib.

***

Feysbuka qədər bir neçə müxtəlif proqramları təsis edib. Feysbukdan əvvəl dəvət aldığı - göstəriciləri təxminən Feysbukun xidmətlərinə yaxın olan“Harvard Connection”da bir müddət çalışıb, daha sonar ordan ayrılaraq dostları ilə Feysbuku qurub. Qısa müddətdə uğur qazanıb və “Harvard Connection” Markı oğurluqda ittiham edərək məhkəməyə verib.

***

Tələbəlik illərində “Microsoft”dan aldığı iş təklifini rədd edib.

***

Orta məktəbdə oxuyarkən ilk sosial şəbəkəsini qurub. Anında mesajlaşma imkanı yaradan proqramdan yalnız yaxın çevrəsi xəbərdar olub. Stamotoloq atasının köməkçisi bu proqramdan istifadə edərək pasiyentlərlə əlaqəyə girib.

***

Hamımızı ağuşuna alan Feysbuku 3 tələbə yoldaşı - Eduardo Saverin, Dustin Moskovitz ve Chris Hungerslə birgə qurub. Eduardo Saverinin bu işə dəstəyinin daha böyük olduğu göstərilir, çünki o ilk anda sosial şəbəkənin inkişafına 1000 dollar pul vermişdi.

***

Feysbukun ilk adı “The Facebook” olub.

Gallery

***

Feysbuk ilk illərdə ingilis dilindən əlavə 4 dildə - İbrani, Latın, Fransız, Yunan dilində fəaliyyət göstərib.

***
Milyarderdir, sərvətinin 70 milyarddan artıq olduğu göstərilir.

# 3159 dəfə oxunub

Oxşar xəbərlər

"Niyə əqidəni dəyişdin?!" - Balaəli Kəramətə elə sözlər dedi ki...

"Niyə əqidəni dəyişdin?!" - Balaəli Kəramətə elə sözlər dedi ki...

18:30 19 mart 2026
“Mücrü”dən bayram sürprizi – 500 kitab pulsuz paylanacaq

“Mücrü”dən bayram sürprizi – 500 kitab pulsuz paylanacaq

15:42 19 mart 2026
Məşhur model əməliyyat olunacaq

Məşhur model əməliyyat olunacaq

15:09 19 mart 2026
“XX əsr Azərbaycan ədəbiyyatının görkəmli siması Səməd Vurğun”  mövzusunda tədbir keçirildi

“XX əsr Azərbaycan ədəbiyyatının görkəmli siması Səməd Vurğun” mövzusunda tədbir keçirildi

14:01 19 mart 2026
Ovçu qışqırığı - Uilyam Qoldinqin hekayəsi

Ovçu qışqırığı - Uilyam Qoldinqin hekayəsi

13:55 19 mart 2026
"Maska"  bu tarixdə başlayır

"Maska" bu tarixdə başlayır

13:53 19 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər