Heydər Əliyev Sarayına direktor təyin olundu

Heydər Əliyev Sarayına direktor təyin olundu
18 dekabr 2020
# 12:52

Heydər Əliyev sarayına yeni direktor təyin olunub. Mədəniyyət Nazirliyindən

Kulis.az-a verilən məlumata görə, mədəniyyət nazirinin birinci müavini , məıdəniyyət nazirinin vəzifəsini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Əməkdar artirs Ramil Qasımov Heydər Əliyev Sarayın direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Ramil Qasımov 1984-cü ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin opera və kamera ifaçısı, musiqişünaslıq ixtisası üzrə bitirdikdən sonra Gürcüstan Respublikasında Musiqi Akademiyasını vokal ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirib. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Siyasi idarəetmə" ixtisası üzrə bitirib. Müxtəlif illərdə ölkədaxili və beynəlxalq səviyyədə orden və medallarla təltif edilib.

Peşəkar səhnə fəaliyyətinə 1999-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aparıcı solist kimi başlayıb, Həmkarlar İttifaqının sədri və quruluş hissə müdiri kimi fəaliyyət göstərib. 2004-cü ildən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində çalışıb.

2011-ci ildə Azərbaycan Televiziyasının Musiqi kollektivlərinin bədii rəhbəri, 2012-ci ildə Səsyazma Evinin direktoru vəzifəsində çalışıb.

2015-ci ildə Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının direktoru vəzifəsinə təyin edilib. “Mədəniyyət” kanalında fəaliyyətə başladığı müddətdən ölkədə bir çox festivalların, telemüsabiqələrin və verilişlərin (“Bizi birləşdirən mədəniyyət”, “Əbədi Musiqi”, “Ötən illərin nəğmələri”, “Bakı gecələri”, “Mən də əsgərəm”, “Bura vətəndir”, “Romans axşamı!”, Azərbaycan bəstəkarları arasında “Romans müsabiqəsi”, “Xalq mahnıları” festivalı, “Orqan beynalxalq musiqisi” festivalı, “Azərbaycan vokalçıları” festival, “Milli nəfəs alətləri” festivalı) təşkilatçısı olub.

R.Qasımov Mədəniyyət kanalının təşkilatçılığı ilə keçirilən müxtəlif yaradıcılıq gecələrinin, müxtəlif tele-musiqili tamaşaların, “Məhsəti” operasının və Milli qəhrəmanımıza həsr olunan “Mübariz” musiqili tamaşasının təşəbbüskarı və ideya müəllifidir.

Ramil Qasımov 2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına, 2016 və 2017-ci illərdə Prezident mükafatlarına layiq görülüb. Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti, Azərbaycan Milli Konservatoriyasının baş müəllimidir.



# 3497 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər