Haqverdiyevin hekayələri İndoneziya dilində - Fotolar

Haqverdiyevin hekayələri İndoneziya dilində  - Fotolar
5 iyun 2020
# 09:54

Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə Prezident İlham Əliyevin Azərbaycan rеalist ədəbiyyatının görkəmli nümayəndələrindən biri Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubileyinin geniş şəkildə keçirilməsi haqqında Sərəncamına uyğun olaraq ədibin bir sıra əsərləri yerli dilə tərcümə edilib.

Kulis.az xəbər verir ki, həmin hekayələrin tərcüməsi Azərbaycan Prezidentinin 2020-ci ilin “Könüllülər ili” elan edilməsi çərçivəsində İndoneziyada təhsil alan azərbaycanlı tələbələrimiz tərəfindən həyata keçirilib.

Ədibin həyat və yaradıcılığı haqqında səfirliyin hazırladığı məlumatın, həmçinin Əbdürrəhim bəy Haqverdiyevin “Ovçu Qasım”, “Hacı Leylək”, “Sərçə”, “Sarı toyuq” kimi hekayələrinin daxil edildiyi toplu İndoneziya Milli Kitabxanasına (İMK), habelə bu ölkədə mövcud olan nüfuzlu universitetlərin onlayn kitabxanalarına təqdim olunub. Bununla yanaşı, İMK-nin “Instagram” və “Facebook” səhifələrində hər bir hekayə kiçik illüstrativ videolar şəklində hazırlanaraq ayrı-ayrılıqda oxucuların istifadəsinə verilib. O cümlədən, hekayələrin İslam

Əməkdaşlıq Təşkilatının İndoneziya üzrə gənclər təşkilatının “Facebook” səhifəsində də yayılmasına nail olunub. Sözügedən hekayələrə “Google” axtarış bazası (cerpen abdurrahimbey hagverdiyev) vasitəsilə də keçid edilə bilər.

Tərcümələrin İndoneziyanın digər onlayn kitabxanalarında yerləşdirilməsi işi il ərzində davam etdiriləcək.

# 3504 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər