Hansı yazıçılarımız deputatlığa namizədliyini verəcək? - Sorğu

Hansı yazıçılarımız deputatlığa namizədliyini verəcək? - Sorğu
13 dekabr 2019
# 12:14

Kulis.az yazıçılardan Milli Məclis seçkilərinə namizədliyini verib-verməyəcəyini soruşub. Cavabları təqdim edirik.

Anar

Image result for Anar yazıçı"

- Qəti şəkildə namizədliyimi vermək istəmirəm.

Aqil Abbas

Image result for Aqil Abbas"

- Üç dəfə Milli Məclisə deputat seçilmişəm. Hər dəfə də namizədliyimi irəli sürməzdən əvvəl gedib seçicilərimlə görüşüb, məndən razı qalıb-qalmadıqlarını soruşmuşam. “Hə” cavabı aldığıma görə namizədliyimi vermişəm. Bu dəfə də elə edəcəm. Seçicilərim nə cavab versələr, ona da uyğun hərəkət edəcəm.

Nizami Cəfərov

Image result for Nizami Cəfərov"

- Bu məsələ üzvü olduğum Yeni Azərbaycan Partiyasında müzakirə oluncaq və qərar qəbul ediləcək. Mən istənilən halda partiyanın seçiminə hörmət edəcəm.

Sabir Rüstəmxanlı

Image result for sabir rüstəmxanlı kulis.az"

- Vətəndaş Həmrəyliyi Partiyası seçkilərdə iştiraka qərar verdi. Özüm də qatılmaq istəyirəm. Hələ düşünürəm...

Musa Urud

Image result for Musa Urud millət vəkili kulis.az"

- Bu, Yeni Azərbaycan Partiyasının qərarına bağlıdır. Ona görə də mənim müstəqil fikir deməyim hələlik mümkün deyil.

Elçin Hüseynbəyli

Image result for Elçin Hüseynbəyli kulis.az"

- Artıq neçənci seçkidir ki, Cəbrayıl ziyalıları, iş adamları məni deputat görmək istəyirlər. Özü də təkcə cəbrayıllılar yox. Bu barədə dəfələrlə mənə müraciət olub. Amma yaradıcılıq işlərimə görə sonraya saxaldım.

Düşünürəm ki, xalqımızın problemi hər şeydən üstündür. Bizim Qarabağ kimi dərdimiz var. Daim o barədə, müxtəlif dillərdə yazsam da, daha yüksək tribunadan və motivasiyalı çıxışlara ehtiyac var.

Sosial problemlər də öz həllini gözləyir.

Nəriman Əbdülrəhmanlı

Image result for nəriman əbdülrəhmanlı"

- Belə bir fikrim yoxdur, heç vaxt da olmayıb. Ümumiyyətlə, tribuna, danışmaq, həm də gözəl və mənasız, çox vaxt da yalan danışmaq mənlik deyil.”

Rüstəm Behrudi

Image result for Rüstəm Behrudi kulis.az"

- Sözün vəkilliyini yapmaqdan böyük nə ola bilər ki?! Verməyəcəyəm.

Rəşad Məcid

Image result for Rəşad Məcid"

- Namizədliyimi verməyəcəm.

Pərviz Cəbrayıl

Image result for Pərviz Cəbrayıl kulis.az"

- Xeyr, namizədliyimi verməyəcəm. Hətta ölkədə fantastik həddə demokratik, şəffaf seçki olsa belə, millət vəkilliyi mənlik deyil.

Mirmehdi Ağaoğlu

Image result for mirmehdi ağaoğlu"

- Küyə düşüb mən də deputatlığa namizədliyimi vermək istəyirəm, sadəcə qorxuram, seçərlər, sonra korlanaram.

# 6388 dəfə oxunub

Oxşar xəbərlər

Dövlət Uşaq Filarmoniyasında Novruz festivalı

Dövlət Uşaq Filarmoniyasında Novruz festivalı

18:00 10 mart 2026
Muğam Mərkəzində Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim olunacaq

Muğam Mərkəzində Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim olunacaq

17:30 10 mart 2026
Medianın İnkişafı Agentliyi bəyanat yaydı

Medianın İnkişafı Agentliyi bəyanat yaydı

17:00 10 mart 2026
“Aktrisa heç bir yerini şişirtməli deyil” – Gülşad Baxşıyeva ilə müsahibə

“Aktrisa heç bir yerini şişirtməli deyil” – Gülşad Baxşıyeva ilə müsahibə

16:02 10 mart 2026
Romantizmin üsyankar nəzəriyyəçisi - O, Avropanın gələcəyini necə təsəvvür edirdi?

Romantizmin üsyankar nəzəriyyəçisi - O, Avropanın gələcəyini necə təsəvvür edirdi?

16:00 10 mart 2026
“CHARACTERS 2026”  pyes müsabiqəsi qaliblərinin adı açıqlandı

“CHARACTERS 2026” pyes müsabiqəsi qaliblərinin adı açıqlandı

15:30 10 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər