Görkəmli ingilis rejissorun kitabı Azərbaycan dilində - İlk dəfə

Görkəmli ingilis rejissorun kitabı Azərbaycan dilində - İlk dəfə
15 yanvar 2021
# 16:30

İngiltərənin görkəmli teatr və kino rejissoru, nəzəriyyəçisi Piter Stiven Brukun Azərbaycan dilinə tərcümə edilmiş məqalə və müsahibələrinin toplandığı “Boş məkan” kitabı nəşr edilib.

Kulis.azın verdiyi xəbərə görə, Dövlət Tərcümə Mərkəzi tərəfindən nəşr olunan kitab “Cansız teatr”, “Müqəddəs teatr”, “Kobud teatr”, “Teatr”, “Y.Kaqarlitski” başlıqlı fəsillərdən ibarətdir. Burada teatr mühitinin pərdəarxası, aktyorluq və rejissorluq sənətinin görünən və gizli tərəfləri, sənət aləmində baş verən proseslərin izahını dərin təhlil və araşdırmalarla verilir.

Əsərlərin tərcümə müəllifi İlqar Əlfioğlu, redaktoru Rəbiqə Nazimqızıdır.

Qeyd edək ki, Piter Stiven Pol Bruk “Karamazov qardaşları”, “Dəfn olunmamış ölülər”, “Qış nağılı”, “Böyük inkvizitor”, “Dilənçilər operası”, “Yeddi gün, yeddi gecə” kimi məşhur teatr tamaşalarının, bədii və sənədli filmlərin müəllifidir. O, həmçinin 1968-ci ildə Parisdə yaradılmış Beynəlxalq Teatr Araşdırmaları Mərkəzinin təsisçisidir. “Britaniya imperiyası”, “Şərəf legionu” ordenlərinə layiq görülüb. “Avropa teatr mükafatı”, “Kioto” və “Beynəlxalq İbsen mükafatı” kimi ödüllərlə də təltif edilib. Əsərləri Azərbaycanda ilk dəfə nəşr olunur.

# 2786 dəfə oxunub

Oxşar xəbərlər

Sovet senzurası "Topal Teymur"a necə icazə verdi? - Ramiz Həsənoğlunun Turan missiyası

Sovet senzurası "Topal Teymur"a necə icazə verdi? - Ramiz Həsənoğlunun Turan missiyası

15:00 14 mart 2026
Eynşteynin ən çox sevdiyi beş kitab - Siyahı

Eynşteynin ən çox sevdiyi beş kitab - Siyahı

14:13 14 mart 2026
"Bu hesaba 4500 dollar köçürün, sonra danışaq" - Yalçın İslamzadə İlbər Ortaylıdan yazdı

"Bu hesaba 4500 dollar köçürün, sonra danışaq" - Yalçın İslamzadə İlbər Ortaylıdan yazdı

12:55 14 mart 2026
“Sazın səsi, sözün nəfəsi” layihəsi Səməd Vurğunun 120 illik yubileyinə həsr olundu

“Sazın səsi, sözün nəfəsi” layihəsi Səməd Vurğunun 120 illik yubileyinə həsr olundu

12:17 14 mart 2026
İlber Ortaylının dəfn tarixi açıqlandı

İlber Ortaylının dəfn tarixi açıqlandı

10:30 14 mart 2026
İlber Ortaylı vəfat etdi

İlber Ortaylı vəfat etdi

16:55 13 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər