Gənc şair karantindən şeir yazdı: Mənə kölgəni göndər

Gənc şair karantindən şeir yazdı: Mənə kölgəni göndər
28 mart 2020
# 16:41

Kulis.az gənc şair Ulucay Akifin “Kölgə” şeirini təqdim edir.

sevgili üçün karantin günlərində yazılan şeir

bu qədər savaş və qanın,
ölümlər və yalanın içində
əlimin tərsiylə
itələyib bu yumru dünyanı
masamın üstündən
şeir yazmaq istəyirəm sənə,
şeir yazmaq - bacardığım ən gözəl biçimdə.

şeir yazmaq istəyirəm sənə
üçüncü minilliyin iyirminci ilində
şeir yazmaq -
Adəmin Həvva ilə danışması kimi -
insanoğlunun birinci dilində

ey sən,
bütün uzaqları özünə məskən bilən!
hansı şəhərin yollarını
xoşbəxt edir indi ayaq izlərin?
gündüzlər hansı küçələrdə rəqs edir kölgən,
gecələr hansı otaqlarda gizlənir?

ey sən,
bütün uzaqları özünə məskən bilən!
mən tanıyıram sən yaşayan
küçəni də, şəhəri də, ölkəni də
tanıyıram səni isidən Günəşi də,
səni üşüdən küləyi də,
tanıyıram səmanda uçan quşları da,
tanıyıram bütün səndə unudulmuşları da.

demirəm ki, o Günəşi, quşları,
o küləyi, o küçəni, şəhəri,
demirəm ki, mənə ölkəni göndər

heç olmasa, heç olmasa hərdən bir
heç olmasa, heç olmasa gecələr
heç olmasa mənə kölgəni göndər

# 5211 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər