Gəncə rəssamlarının virtual sərgisi keçiriləcək

Gəncə rəssamlarının virtual sərgisi keçiriləcək
6 aprel 2021
# 14:09

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə aprelin 9-da Gəncə rəssamlarının virtual sərgisi keçiriləcək.

Kulis.az xəbər verir ki, sərgi rəssamların qalereya, muzeylər ilə əlaqələrinin sıxlaşdırılması və regionlarda rəssamlığın keyfiyyətinin artırılması, xüsusilə, istedadlı insanların sərgilərdə iştirakını təmin etmək məqsədilə təşkil ediləcək.

Virtual sərgi bölgələrdə yaşayıb-yaradan rəssamlarla əməkdaşlığın genişləndirilməsi məqsədilə start verilən layihə çərçivəsində baş tutan Gəncə şəhərində yaşayan rəssamlarla onlayn görüş zamanı verilən təkliflərə əsasən reallaşacaq.

Sərginin virtual ekspozisiyasında Gəncədə yaşayan rəssamların müxtəlif mövzu və janrda işlədiyi əsərlər nümayiş olunacaq.

Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri virtual sərgini özünün sosial media hesabları vasitəsilə izləməyə dəvət edir.

# 2637 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

12:30 26 may 2026
100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

12:00 26 may 2026
Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

11:53 26 may 2026
Stiven Kinq və Haruki Murakami qadağada: Rusiyada minlərlə kitab "qara siyahı"ya salındı

Stiven Kinq və Haruki Murakami qadağada: Rusiyada minlərlə kitab "qara siyahı"ya salındı

11:30 26 may 2026
Xalq yazıçısının atasını niyə zəhərləyib öldürdülər?

Xalq yazıçısının atasını niyə zəhərləyib öldürdülər?

11:00 26 may 2026
Məşhur caz musiqiçisi Sonni Rollins vəfat etdi

Məşhur caz musiqiçisi Sonni Rollins vəfat etdi

10:18 26 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər