Flora Xalq artistinə cavab verdi: "Bu cümlə xəbisliyinizin göstəricisidir"

Flora Xalq artistinə cavab verdi: "Bu cümlə xəbisliyinizin göstəricisidir"
14 may 2020
# 18:05

"Məhz bu cümləniz sizin içinizin, xəbisliyinizin, kimliyinizin göstəricisidir!”

Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova İnstaqram səhifəsində Şeyx Əbdül Mahmudova xitabən yazıb. O, Əbdül Mahmudovun paylaşımına belə cavab verib:

“Əbdül, sizə həqiqətən hörmətim var idi. Sizi bir il yox, əlli ildir ki, tanıyıram. Mən nə yazmışam, siz nə cavab vermisiz. Sizin mənə “SƏN” deyə müraciətiniz və bu yazınız gözümü açdı. Buna görə çox sağ olun!
Bu 50 ildə siz, deyəsən, heç məni tanımadız. Mən məzlumun harayına kar olan, zalımın xofuna kor olan biri deyiləm. Nə nazirdən qorxacağım var, nə də nazirin böyüyünün böyüyündən! General deyiləm ki, paqonu sökələr, ev verməyiblər ki, əlimdən alalar. Ömrüm boyu heç kimə heç nədə borclu olmamışam. Bunu bütün millətim bilir. Səhvləri olubsa, demişəm, haqqlı olublarsa, tərəflərində durmuşam!”

F.Kərimova Şeyx Əbdül Mahmudovun “Yəqin Flora Kərimova gündəmə gəlmək istəyir, keçmişdəki qalmaqalları üçün deyəsən darıxıb” sözlərinə də reaksiya verib:

“Gündəm? - siz düşünürsüz gündəm lazımdır mənə? İndiyə kimi oxuduqlarımın bir notunu təkrar edən olmadı, on illərlə qadağalarım oldu, unudulmadım. Əgər gündəm lazım idisə, sizdən böyük fiqur tapa bilməzdim? Güldürməyin, məni... Bəli qocalımışam. Nə yaşımdan, nə qırışlarımdan, nə də ağ saçımdan utanıram! Şükürlər olsun ki, Allah hələ ağlımı əlimdən almayıb. Lazım gələrsə, o ağlımla min ağzı yummağa qadirəm.
Sizin diplom işiniz 1970-ci il deyil, 1974-cü ildir. Mən 1962-ci ildə “Cavanşir” radio-tamaşasında (Mehdi Hüseynin), 1963-cü ildə “Böyük dayaq” filmində ( Həbib İsmayılovun) FİKRƏT ƏMİROVUN, 1969-cu ildə Tofiq İsmayılovun “İNTİZAR” filmində Fərəc Qarayevin, 1970-ci ildə Həsən Seyidbəylinin “ O qızı tapın” filmində Oqtay Kazıminin MAHNILARINI, 1972-ci ildə Şəfiqə Axundovanın “Gəlin qayası” operasını (radio-tamaşasını) oxumuşam! 1965-ci ildə opera səhnəsində Leyli olmuşam, 1968-ci ildə Muxtar Dadaşovun “Qanun naminə” filmində baş rolda çəkilmişəm! Hələ nə qədər Moskvanın sifarişi olan sənədli filmlər var, sadalamağa ehtiyac qalmır. O illərdə siz hələ də tələbə idiz! İndi siz deyin, siz məni ilk dəfə filmdə oxutmusunuz, yoxsa mənim şöhrətim lazım idi sizin “diplom işiniz” üçün? Ayıbdır, sadəcə! Məni savadsızlıqda günahlandırırsınız, amma görünür ki, özünüzün tarixi savada ehtiyacınız var. “Flora Dövlətin düşməni olub”- ay hay!!! Bu sözünüz, məhz bu cümləniz sizin içinizin, xəbisliyinizin, kimliyinizin göstəricisidir! Ümid edirsiz, bu xatırlatma sizi hədəfinizə çatdıracaq? İndiyə kimi rəhmət oxumadığım, ağlı başından uzaq olan birilərini xatırlatdınız!”

Qeyd edək ki, ötən gün Xalq artisti Flora Kərimova sosial şəbəkədəki hesabından Şeyx Əbdül Mahmudovu müsahibəsində ifadə etdiyi “Pul verib fəxri ad alıblar” sözlərinə görə sərt tənqid etmişdi. Şeyx Əbdül Mahmudov da Xalq artistinin tənqidini cavab vermişdi.

# 8055 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #