Filmimiz beynəlxalq festivalın müsabiqə bölməsində

Filmimiz beynəlxalq festivalın müsabiqə bölməsində
10 sentyabr 2021
# 18:14

Bakı Media Mərkəzi, “Butafilm”, “Arizona Productions” (Fransa) və “Salarfilm”in (Almaniya) birgə istehsalı olan “Suğra və oğulları” bədii filmi A kateqoriyalı Busan Beynəlxalq Film Festivalının müsabiqə bölməsinə seçilib. Kinorejissor İlqar Nəcəfin “Suğra və oğulları” filmi festivalın “Kim Jiseok” adına mükafatı uğrunda yarışacaq.

Filmdə 2-ci dünya müharibəsi dövrü Azərbaycanda, arxa cəbhədə, kənddə yaşayan insanların taleyindən bəhs olunur. Filmin əksər çəkilişləri Daşkəsən rayonunun Suqovuşan kəndində aparılıb. Ssenari müəlliflərindən biri və rejissoru İlqar Nəcəf olan “Suğra və oğulları” filminin yaradıcı heyəti arasında avropalı mütəxəssislər də yer alıb.

Filmin baş prodüseri İlqar Nəcəf, prodüserləri Orman Əliyev və Ayhan Salar, rejissoru İ.Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, Roelof Jan Minneboo və İlqar Nəcəfdir. Filmin təsvir rejissoru Ayhan Salardır.

Maraqlı süjet xətti olan filmdə Suğra iki oğlu ilə birgə dağ kəndində yaşayır. Onun əri Böyük Vətən müharibəsində döyüşlərdə iştirak edir. Suğra uzun müddətdir ərindən xəbər ala bilmir, bu ərəfədə isə onun böyük oğluna da çağırış vərəqi gəlir. Ərindən sonra oğlunu da itirəcəyindən narahat olan Suğra tərəddüd edir və sonda böyük oğlunu dağlarda gizlənən qaçaqların yanına göndərir. Bundan sonra, o, hakimiyyətin yerli nümayəndəsinin timsalında müharibə və imperializmin ağır əziyyətləri ilə üz-üzə qalır. Sevgi və nifrətlə dolu həyat onu gözləyir.

Filmdə tanınmış aktyorlar Qurban İsmayılov, Günəş Mehdizadə, Xalidə Quliyeva, İlqar Cahangir, Rasim Cəfər, Aydan Həsənzadə ilə yanaşı, ilk debütünü edən Hümbət Əhmədzadə, Paşa Məmmədli kimi gənc aktyorlar da rol alıblar. Bu gənclər Daşkəsən rayonunun sakinləridir. Çəkilişlər zamanı bir sıra epizodlarda rayonun Suqovuşan kəndinin sakinləri də iştirak edib. İkinci Dünya müharibəsi dövrünün bütün keşməkeşlərini özündə cəmləşdirən filmin bu il geniş auditoriyaya təqdim olunması ilə yanaşı beynəlxalq festivallarda da Azərbaycanı təmsil etməsi gözlənilir.

Qeyd edək ki, 26-cı Busan Beynəlxalq Film Festivalı oktyabrın 6-dan 15-dək Koreyanın Busan şəhərində keçiriləcək. “Suğra və oğulları” festivalın “Kim Jiseok” adına əsas mükafatı uğrunda yarışan 7 filmdən biridir. Festival zamanı filmin dünya premyerası baş tutacaq.

# 2156 dəfə oxunub

Oxşar xəbərlər

Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı - Yenilənib

Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı - Yenilənib

18:45 19 noyabr 2025
Empiriokritisizmin qurucusu isveçrəli filosof - O, metafizikanı niyə qəbul etmirdi?

Empiriokritisizmin qurucusu isveçrəli filosof - O, metafizikanı niyə qəbul etmirdi?

17:45 19 noyabr 2025
ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

16:37 19 noyabr 2025
Xalq artisti Roza Cəlilova dəfn olundu

Xalq artisti Roza Cəlilova dəfn olundu

16:35 19 noyabr 2025
Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

15:46 19 noyabr 2025
Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

15:03 19 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər