Dünyanın ən böyük aforizm ustasından əzbərlənəsi 15 nümunə

Dünyanın ən böyük aforizm ustasından əzbərlənəsi <span style="color:red;">15 nümunə
1 iyul 2020
# 21:02

Kulis.az fransız yazıçı və aforizm ustası Fransua de Laroşfukonun 15 aforizmini təqdim edir.

Baş həmişə ürəyə aldanır.

Qocaldığını bilən çox az adam var.

Düşmən istəsəniz dostlarınızı keçməyə çalışın. Dost istəsəniz , buraxın, dostlarınız sizi keçsin.

Qadın ilk dəfə sevəndə ancaq sevgilisini, daha sonra isə sevgisini sevir.

Elə qüsurlar vardır ki, böyük qabiliyyətləri meydana gətirərlər.

Nə günəşə, nə də ki, ölümə gözlərini zilləyib baxmaq olmaz.

Nəsihət vermək asan, nümunə olmaq çətindir.

Ümidlərimizə görə söz verər və qorxularımıza görə hərəkət edərik.

Bütün ehtiraslar bizə cinayət törədir, bizi ən gülünc səhvlərə salan da eşqdir.

Kinimiz böyüdükcə kin saxladığımız kimsədən daha çox kiçilərik.

Eşqdə olduğu kimi dostluqda da, insan bildiyi şeylərdən çox bilmədikləri üzündən xoşbəxtdir.

Evlənmənin yaxşısı olar amma qüsursuzu olmaz.

Qısqanclıq sevgi ilə bərabər yaranır, amma onunla birgə ölmür.

Qadınların cəhənnəmi qocalıqdır.

İnsan heç vaxt xoşbəxt yaxud da bədbəxt olmur, o həmişə özünü belə hiss edir.

# 7630 dəfə oxunub

Oxşar xəbərlər

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

15:00 4 oktyabr 2025
Cim Kerriyə "Cesar" mükafatı veriləcək

Cim Kerriyə "Cesar" mükafatı veriləcək

13:20 4 oktyabr 2025
Əlisəmid Kürün son vəziyyəti  - Həyat yoldaşından açıqlama

Əlisəmid Kürün son vəziyyəti - Həyat yoldaşından açıqlama

11:55 4 oktyabr 2025
Tanınmış türkiyəli aktyor vəfat etdi

Tanınmış türkiyəli aktyor vəfat etdi

11:43 4 oktyabr 2025
Alim Qasımov Torontoda konsert verdi

Alim Qasımov Torontoda konsert verdi

11:20 4 oktyabr 2025
Məşhur reperə 4 il həbs cəzası verildi

Məşhur reperə 4 il həbs cəzası verildi

11:00 4 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər