ABŞ, Rusiya, Hindistan, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Türkmənistan, Bolqarıstan, Şimalı Makedoniya, Moldova, İslandiya, İspaniya, İraq, Gürcüstan və Azərbaycanın bir qrup tanınmış qələm adamı Ermənistan silahlı qüvvələrinin Gəncə və Bərdədə törətdikləri terrorla bağlı bəyanat yayıb.
Kulis.az-a daxil olan bəyanatda deyilir:
“Biz, ayrı-ayrı ölkə və ədəbi qurumu, media orqanını təmsil edən yazarlar, bütün dövrlərin böyük şairi Nizami Gəncəvinin doğma yurdu Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən ard-arda atəşə tutulmasından sonra bu dəfə mütəfəkkir şairin sevə-sevə vəsf etdiyi Bərdə şəhərinin qadağan olunmuş “Smerç” kaset raketləri ilə atəşə tutulmasından sarsılmışıq. Biz bununla bağlı öz narahatlığımızı, hiddətimizi bildiririk. Biz, qələm adamları çox narahatıq ki, döyüş bölgəsindən on kilometrlərlə uzaqda yerləşən Gəncə və Bərdənin (eləcə də digər yaşayış məntəqələrinin – Tərtər, Goranboy, Ağcabədi və b.) səbəbsiz yerə ağır silahlardan atəşə tutulması nəticəsində ölənlər, yaralananlar var, xeyli mülki infrastruktur, dinc əhalinin evləri dağılıb. Rəsmi təsdiq olunmuş bilgilərə görə, sentyabrın 27-dən hazırkı vaxtadək dinc yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb. Ən dəhşətlisi, ölən və yaralanan azərbaycanlıların bir hissəsi körpə, uşaq, qadın və qocadır...
Artıq heç bir təminat yoxdur ki, atılan mərmilərdən daha biri Nizami Gəncəvinin məqbərəsinə dəyməyəcək, bütün dövrlərin oxunan, öyrənilən mütəfəkkir şairinin ruhunu narahat etməyəcək. Hər günahsız insanın həyatını itirməsi haqq dünyasında olan şairlərin, yazarların ruhunu incidir, yaşayan şairlərin, yazarların həyatına və əsərlərinə çökür... Biz istərdik, gələcək nəsillərə körpələrin, uşaqların, qadın və qocaların günahsız ölümlərinin ağırlığını deyil, beynəlxalq ictimaiyyətin ədalətini ötürək. Dünyanı ədalət xilas edəcək!
Biz, qələm adamları, Ermənistanı mülki əhalini hədəf almaqdan çəkindirmək üçün bütün dünya yazarlarını öz haqq səslərini qaldırmağa çağırırıq. Bu bəyanat qoşulmaq üçün açıqdır.
Əziz şairlər, yazıçılar, publisistlər! Sizə müraciət edirik! Ümidvarıq ki, sizlərin dünyanın dörd yanından ucalan səsiniz, ədalətli mövqeyiniz təcavüzkar üçün çəkindirici faktora çevriləcək.
Biz bu bəyanatımızla BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin (nəhayət) yerinə yetirilməsinin həyati önəm daşıdığını bildiririk. Əgər dünyanın hər yerindən, dünyanın ən mötəbər təşkilatının qətnamələrinin yerinə yetirilməsi tələb edilsə, bu müsbət presedent yaradardı; qələmin, qələm adamlarının gücü görsənərdi; bəlkə daha kimsə təcavüzkarlığa, günahsız qan axıdılmasına həvəslənməzdi...
Bir daha dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün həmkarlarımızı, böyük söz ustadlarının Vətəni olan Azərbaycanın günahsız körpə, uşaq, qadın və qocaları daxil olmaqla, mülki şəxslərin öldürülməsinə qarşı öz sözü, qələmi, əsəri, kitabı ilə etiraz etməyə çağırırıq!
Türkiyə:
İbrahim Yavuz Bildik – şair, keçmiş millət vəkili
Sami Gökmən – keçmiş millət vəkili
Yaqub Öməroğlu – Avrasiya Yazarlar Birliyinin rəhbəri, filologiya elmləri namizədi, dosent
Osman Baş – “Dünya – DER” rəhbəri, şair-publisist, TİKA-nın Bakıdakı keçmiş koordinatoru, Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Məsləhət Şurasının üzvü
Kəramətdin Yılmaz – Ölüdəniz Bələdiyyəsinin keçmiş rəhbəri
Hikmət Ərən –“EkoAvrasiya” jurnalının qurucu-baş redaktoru, araşdırmaçı-yazar, DGTYB Məsləhət Şurasının üzvü
Coşğun Qarabulud – şair, ədəbiyyatşünas, Fəthiyyə Ədəbiyyat Qrupunun (FƏQ) üzvü, DGTYB Məsləhət Şurasının üzvü
Oktay Yivli – şair, professor
Mustafa Doğan – Mersin Şairlər-Yazarlar Dərnəyi rəhbəri
Nurcan Gökmən – şair, FƏQ üzvü
Gülsərən Pars – sənətçi, FƏQ üzvü
Əsər Tuncoğlu – sənətçi, FƏQ üzvü
Afi Can – yazar, FƏQ üzvü,
İlkay Çiğdəm – yazar, FƏQ üzvü
Mahmut Özkoca – şair-yazar, Hatayda çıxan “Zeytun” jurnalının yayın yönətməni
Cəlal Bozqurd – jurnalist, köşə yazarı
Məlahət Özçoban – Göllər bölgəsi Şair-Yazarlar Dərnəyi rəhbəri, DGTYB Məsləhət Şurasının üzvü,
Alptekin Cevherli – “Mələklər Yayıncılığ”ın qurucu-başqanı, araşdırmaçı-yazar, DGTYB Məsləhət Şurasının üzvü
Eren Elmalı – “Yesevi Ocağı” rəhbəri
Yücel Alpay Dəmir – “Türk Ocaqları” Kocaeli şöbəsinin rəhbəri
Süleyman Pekin – “Aydınlar Ocağı” Kocaeli şöbəsinin rəhbəri
Bülənt Maşaoğlu – URAL Dərnəyi rəhbəri
Dərya Akdəmir – yazıçı, “ANKA” Dərnəyi rəhbəri
Qazaxıstan:
Muxtar Şaxanov – Qazaxıstanın Xalq şairi, Türk xalqları Aydınları Birliyinin rəhbəri
Akberen Elgezek – şair-publisist, Qazaxıstan Yazıçılar Birliyi (QYB) sədrinin I müavini, DGTYB Məsləhət Şurasının üzvü
Devlətkərəy Kapoğlu – şair, Əməkdar mədəniyyət işçisi, QYB Nur-Sultan filialını rəhbəri, DGTYB Məsləhət Şurasının üzvü
Devletbek Baytursunoğlu – şair-publisist, QYB-nin üzvü, “Alaş” Xalqlararası Ədəbiyyat mükafatı laureatı
Kudiyar Bilal – QYB-nin üzvü, mədəniyyət xadimi, Qazaxıstan
Erkinbek Serikbay – yazıçı, Türk xalqları arasında ədəbi əlaqələri inkişafetdirmə Fondunun rəhbəri, DGTYB-nin üzvü
Qırğız Respublikası:
Nurlan Kalıbekov – şair, Qırğız Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi, DGTYB Məsləhət Şurasının üzvü
Altınbek İsmail – şair-tərcüməçi, DGTYB Xalqlararası koordinatoru
Kaliça Jakup – şair, DGTYB-nin üzvü
Özbəkistan:
Babaxan Şərif – tərcüməçi, filologiya elmləri doktoru, professor
Cabbar İşənkul – filologiya elmləri doktoru, ədəbiyyatşünas, professor, DGTYB Məsləhət Şurasının üzvü
Şahina İbrahimova – tərcüməçi, filologiya elmləri namizədi
Qoşqar Norkobil – yazıçı-dramaturq, “İnsan və qanun” qəzetinin baş redaktoru
Xasiyyət Rüstəm – “Kitab Dünyası” qəzetinin baş redaktoru, DGTYB Məsləhət Şurasının üzvü
Fəxriyar Nizam – şair-tərcüməçi, DGTYB Məsləhət Şurasının üzvü
Türkmənistan:
Murat Toylu – jurnalist, TRT “Türkmən masası”nın rəhbəri, DGTYB Məsləhət Şurasının üzvü
ABŞ:
Ocean Vuonq – şair-publisist, “American Book Award” mükafatı laureatı
Traci Dauqherri – yazıçı, PEN Yazarlar qurumunun üzvü
Rusiya:
Svetlana Şilina – şair, biblioqraf
Afaq Şıxlı - şair-tərcüməçi, Rusiya Yazıçılar Birliyinin üzvü
Ukrayna:
Tudora Arnaut – şair-publisist, dosent-doktor
Lesya Pimonenko – türkoloq, “Maydan” Tərcümə Bürosunun müdiri
Artem Bulgari – Ukrayna Qaqauzlar Birliyinin sədri
Bolqarıstan:
Rafet Uluturk – “BULTÜRK – Bolqarıstan türkləri Mədəniyyət və Xidmət Birliyinin sədri, araşdırmaçı-yazar, DGTYB Məsləhət Şurasının üzvü
Ərdal Karabaş – Bolqarıstan Statejik Araşdırma Mərkəzi rəhbəri
Seniha Rasim Sabri – Avropa Bolqarıstan Türkləri Dərnəyi rəhbəri
Hindistan:
Anita Desai, yazıçı, Xalqlararası “The Guardian” Uşaq kitabları mükafatı laureatı
Şimali Makedoniya:
Enes İbrahim – Quzey Makedoniya Xalq Məclisinin deputatı, araşdırmaçı-yazar, ictimai-siyasi xadim
Hüsrev Emin – Quzey Makedoniya Türk QHT-ləri Birliyi (MATÜSİTEB) rəhbəri
Leyla Şərif Emin – şair-publisist, “Köprü” kültür-sənət jurnalının baş redaktoru
Moldova:
Güllü Qərənfil – şair-publisist, Komrat Dövlət Universitetinin müəllimi
Alla Böyük – şair-publisist, DGTYB üzvü
İslandiya:
Sjon Siqurdsson – yazar, tənqidçi, “Quzey ədəbiyyat Ödülü” laureatı
İspaniya:
Joan Margarit i Consarnau – şair, Xalqlararası “Servantes” mükafatı laureatı
İraq:
Fövzi Əkrəm Tərzioğlu – İraq parlamentinin keçmiş deputatı, İraq Türkman Şair-Yazarlar Birliyinin sədri, DGTYB Məsləhət Şurasının üzvü
Şəmsəddin Kuzəçi – Türk Dünyası Gənc İlətişimçilər Birliyi rəhbəri, şair, DGTYB Məsləhət Şurasının üzvü
Gürcüstan:
Baqatel Arabuli – Gürcüstan Yazıçılar Birliyinin (GYB) rəhbəri
Eka Kaçaya – “Mpobi” jurnalının baş redaktoru
Allahverdi Təkləli - GYB Azərbaycan bölməsinin rəhbəri
Azərbaycan:
Əkbər Qoşalı (Yolçuyev) – şair-publisist, Xalqlararası “Alaş” ədəbi mükafatı laureatı
DGTYB Məsləhət Şurasının rəhbəri”.