Kitab sərgisi

Daraq, qanlı pasport, 2 sirk bileti... - Salatın Əsgərovanın çantasından çıxanlar

Daraq, qanlı pasport, 2 sirk bileti... - Salatın Əsgərovanın çantasından çıxanlar
9 yanvar 2020
# 11:39

Azərbaycanın ilk şəhid jurnalist qadını... Azərbaycanın ilk qadın milli qəhrəmanı... Bu qədər şanlı titulu qazanmaq üçün ona cəmi 29 il bəs eləmişdi.

Bu gün Milli qəhrəmanımız Salatın Əsgərovanın anım günüdür.

Jurnalistika sahəsinə böyük marağı olan Salatın 1984-cü ildə müqavilə ilə "Bakı" qəzetində, 4 il sonra isə "Molodyoj Azerbaydjana" qəzetində işləməyə başlayır.

Qadın olması və evdə körpə övladına rəğmən Salatının əsas mövzusu Qarabağ idi.

Qanlı, odlu, təhlükəli Qarabağ!

Onun sonuncu yazısı Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən, çətin döyüş əməliyyatlarından bəhs edən “Omonçular” olur.

Gallery

Ardınca Laçından, Şuşadan reportajlar hazırlamaq üçün yenidən cəbhə bölgəsinə yollanır. Sonuncu reportajı Laçının Ağanus kəndindən olur, müsahiblərinin danışdıqlarını diktofonuna və üzərində "Özün cavabla" qeydi olan kitabçasına yazır.

O, 1991-ci ilin yanvarın 8-dən 9-na keçən gecə Şuşaya Oleq Larionovun yanına getməyə qərar verir. Polkovnik-leytenant Oleq Larionov 5 il rəhbərlik etdiyi batalyon 1990-cı ilin yazında Qazaxın Bağanis Ayrım kəndini ermənilərin hücumlarından qorumuşdu. Buna görə də ermənilər Larionovun başına 10 min rublluq mükafat vəd etmişdilər. O, həm də Qazaxda Salatın Əsgərovanı ölümdən xilas edən şəxs idi.

Gallery

1991-ci il yanvarın 9-da pusquda durmuş ermənilər tərəfindən Yevlax-Laçın yolunun 141 km-də Qaladərəsi kəndi yaxınlığında Salatının və Oleqin olduğu maşını atəşə tutur. Sonradan hadisə yerinə gələnlər maşında 113 güllə deşiyi saymışdılar. Oleq Larionov ermənilərə avtomatdan atəş açmağa imkan tapır. O, beş güllə yarası almasına baxmayaraq ermənilərlə xeyli mübarizə aparır, yerə yıxılandan sonra onu yenidən güllələyirlər. Güllələrdən biri Salatının gicgahına dəyir.

Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilir. Bakıdakı küçələrin birinə və onun qətlə yetirildiyi yerin yaxınlığındakı kəndə adı verilib.

Salatın Əsgərovadan yadigar qalanlar isə oğlu Ceyhun Əsgərov və evdən çıxanda ona gözünü yumub açınca qayıdacağına verdiyi sözdür. Bir də çantasından çıxan darağı, qanlı pasportu və qayıdan kimi oğlu ilə gedəcəyi sirkə aldığı 2 bilet...

# 4134 dəfə oxunub

Oxşar xəbərlər

Məhkəmə ​​​​​​​İrəvan Teatrının sabiq direktoru ilə bağlı qərar verdi

Məhkəmə ​​​​​​​İrəvan Teatrının sabiq direktoru ilə bağlı qərar verdi

17:45 26 sentyabr 2025
Dindən fəlsəfəyə gələn filosof - Hansı hərəkəti Haydeqqerin nüfuzunu sarsıtmışdı?

Dindən fəlsəfəyə gələn filosof - Hansı hərəkəti Haydeqqerin nüfuzunu sarsıtmışdı?

16:17 26 sentyabr 2025
Sözün köynəyindən keçən adam - Nəriman Əbdülrəhmanlı

Sözün köynəyindən keçən adam - Nəriman Əbdülrəhmanlı

15:34 26 sentyabr 2025
Bakıda məşhur türk aktyorlarla görüş keçirilib

Bakıda məşhur türk aktyorlarla görüş keçirilib

15:10 26 sentyabr 2025
Rafet El Roman  Bakıya gələcək

Rafet El Roman Bakıya gələcək

14:53 26 sentyabr 2025
Rəşid Behbudovun səhnəyə çıxmağa qoymadığı bacısı oğlu

Rəşid Behbudovun səhnəyə çıxmağa qoymadığı bacısı oğlu

14:20 26 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər