Dahi yazıçı haqqında bunları bilmirdiniz - Tolstoyun heyrətamiz icadları

Dahi yazıçı haqqında bunları bilmirdiniz - Tolstoyun heyrətamiz icadları
30 iyul 2020
# 17:45

Lev Tolstoyun həyatı haqqında bir çox məlumatlara sahib olsaq da, onun barədə hər gün yeni nələrsə öyrənməyə davam edirik. Kulis.az dahi yazıçının daha bir maraqlı xüsusiyyəti haqqında fakt təqdim edir.

Tolstoy 50 yaşında içkini, siqareti və ət yeməyi tərgidib. Ət yeməkdən imtina etdikdən sonra Tolstoy içərisinə yumurta daxil olan bir çox şirniyyat və yeməklər hazırlamağa başlayıb. Brüksel kələmli, lobyalı yumurta, şorba, omlet, Tolstoy üsulu pendirli makaron və şalğam lopası məhz Tolstoyun icadı olan yeməklərdəndir.

Həyat yoldaşı Kontes Sofia Andreyevna Tolstaya yazıçının xüsusi hazırladığı yeməklərin reseptini gizlincə qeyd edərmiş. Sonralar qardaşı Kontesin qeydləri arasından seçdiyi reseptləri 1874- cü ildə kiçik kitab şəkilində çap etdirib.

Deyilənə görə, Kontesin qeydləri yazıçının “Hərb və Sülh” əsərindən uzun olub. Kitaba daxil edilən reseptlər arasında şirindən duzluya hər şey var. Ruslara xas spirtsiz içki olan kvasın resepti də sözügedən təriflər içərisində yer alır.

Bundan başqa Tolstoyun çuğundurdan hazırladığı turşu suyuna bənzəyən təbii içki də ləzzətinə görə səs salıb.
Kremi kərə yağından hazırlanan, şəkər, yumurta və limon suyu ilə hazırlanan tort da kitabda yer alan əsrarəngiz redeptlərdəndir. Kontes bu tortun Tolstoyun sevimli şirniyyatlarından olduğunu söyləsə də inqryentlərin miqdarını yazmır. Tolstoyun sevimli və özünəməxsus şirniyyatlarından birinin reseptini təqdim edirik.

Tolstoy üsulu nanəli peçeniye:

Ərzaqlar:

2 fincan şəkər
1 fincan qaynanmış su
3 yemək qaşığı duru yağ
1 çay qaşığı soda (qabartma tozu)
25-30 damcı nanə yağı
5 fincan ağ un

Bütün ərzaqları qarışdırıb xəmir qatılır. Alınan xəmirdən ərik boyda toplar hazırlanır, 350 dərəcə isinmiş sobada 12-15 dəqiqə bişirilir.

Qeyd: Tolstoyun zamanında belə şirniyyatlar çox asan əldə olunmurmuş, ona görə də Tolstoy onları hazırlayıb zirzəmidə saxlayırmış.

# 3303 dəfə oxunub

Oxşar xəbərlər

Osman Həmdi Bəyin məşhur əsəri 131 ildən sonra ilk dəfə satışa çıxarıldı

Osman Həmdi Bəyin məşhur əsəri 131 ildən sonra ilk dəfə satışa çıxarıldı

18:24 12 mart 2026
Xəlil Köçərli vəfat etdi

Xəlil Köçərli vəfat etdi

17:51 12 mart 2026
Rusiyada teleqram VPN-lə də işləməyəcək

Rusiyada teleqram VPN-lə də işləməyəcək

17:38 12 mart 2026
Əkbər Qoşalının məqaləsi Ankarada çıxan “Yüce Erek” jurnalında

Əkbər Qoşalının məqaləsi Ankarada çıxan “Yüce Erek” jurnalında

15:05 12 mart 2026
Süni intellektlə foto, video hazırlayıb yaymaq cinayət məsuliyyəti yaradacaq

Süni intellektlə foto, video hazırlayıb yaymaq cinayət məsuliyyəti yaradacaq

15:00 12 mart 2026
Süleyman Rüstəm məşhur yazıçını necə aldatdı? - Ədəbiyyatın pərdəarxası

Süleyman Rüstəm məşhur yazıçını necə aldatdı? - Ədəbiyyatın pərdəarxası

14:50 12 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər