Daha bir teatr virusla mübarizə fonduna vəsait köçürdü

Daha bir teatr virusla mübarizə fonduna vəsait köçürdü
26 mart 2020
# 10:21

Azərbaycan Dövlət Yuğ Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İslam Həsənov Kulis.az-a bildirib ki, 25 mart tarixində mədəniyyət ocağının rəhbərliyi adından Azərbaycan Respublikasi Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edilib.

O qeyd edib ki, Yuğ Dövlət Teatrının kollektivi koronavirusla mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabinetinin qərarlarına və tövsiyələrinə ciddi riayət edir.

Covid-19 virusunun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində həyata keçirilən tədbirləri yüksək qiymətləndirən İ.Həsənov bir çox sosial məhdudlaşdırma tədbirlərinin həyata keçirilməsinin, kütləvi tədbirlərin, konsertlərin, tamaşaların təxirə salınmasının dövlətimizin öz vətəndaşlarını qorumaq istəyindən irəli gəldiyini bildirib.

“Son aylar ərzində baş verən hadisələr, o cümlədən Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və bir çox qurumların, özəl şirkətlərin və ayrı-ayrı şəxslərin bu fonda ianələr bağışlaması bütün dünyanına cənginə alan virusa qarşı mübarizədə dövlətin və xalqın həmrəylik göstərməsinin bariz göstəricisidir. YUĞ Dövlət Teatrının kollektivi də pandemiyanın ölkəmizə mənfi təsirinin qarşısının alınması üçün əlimizdən gələn maddi və mənəvi dəstəyi göstərməyə hazırdır".

# 2625 dəfə oxunub

Oxşar xəbərlər

Əlisəmid Kürün son vəziyyəti - Qızından açıqlama

Əlisəmid Kürün son vəziyyəti - Qızından açıqlama

16:30 17 sentyabr 2025
Dəfninə heç kimin getmədiyi Səməd Səmədov kimdir?

Dəfninə heç kimin getmədiyi Səməd Səmədov kimdir?

16:21 17 sentyabr 2025
Məşhur rəssamın boyasının sirri 77 il sonra açıldı

Məşhur rəssamın boyasının sirri 77 il sonra açıldı

16:20 17 sentyabr 2025
İspaniya "Sirat" filmini Oskara namizəd göndərdi

İspaniya "Sirat" filmini Oskara namizəd göndərdi

15:30 17 sentyabr 2025
Konyada 5000 illik keramika fraqmenti  tapıldı

Konyada 5000 illik keramika fraqmenti tapıldı

15:30 17 sentyabr 2025
V Beynəlxalq Dil və Tərcüməşünaslıq konfransı keçiriləcək

V Beynəlxalq Dil və Tərcüməşünaslıq konfransı keçiriləcək

15:20 17 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər