Dağlar buludlardan uca olardı - Rayonu azad olunan şairdən şeir

Dağlar buludlardan uca olardı - Rayonu azad olunan şairdən şeir
17 oktyabr 2020
# 14:36

Kulis.az Elşən Mehdinin "Bir kəndimiz var idi" şeirini təqdim edir. Qeyd edək ki, Elşən Mehdi Füzuli rayonundandır. Bu gün Azərbaycan ordusu Füzuli şəhərini işğaldan azad edib. Şeir 2018-ci ildə yazılıb.

Bizim bir kəndimiz varıydı orda
Dağlar buludlardan uca olardı.
Yoldaşı döyüşdə ölən qadınlar
İyirmi beş yaşında qoca olardı.

Nənələr varıydı ağzı dualı
Yaylığı gül qoxan üzləri nurlu.
Dərdi məzaracan özüylə gedən
Nənələr varıydı kişi qürurlu.

Babalar yarıtmaz nəvələrinə
Kəndin dəlisini misal çəkirdi.
Kişilər atlara qamçı vururdu
Qadınlar belinə sığal çəkirdi.

O kənddə mollalar arıq olardı
Falçılar həmişə ümid verərdi
Xəstəyə həkimlər baxardı ancaq
Hamının şəfasın "seyid" verərdi.

İndi nə o kənd var, nə o adamlar
Babam da səngərdən o yanda qaldı
Dünyayla axirət sərhədi ruhun
Erməni sərhədi məzarın aldı.

# 3868 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Onun fikri ailə dəyərlərinə diqqət çəkmək məqsədi daşıyır"

Elnarə Akimova: "Onun fikri ailə dəyərlərinə diqqət çəkmək məqsədi daşıyır"

15:35 22 may 2026
Necə ağlamayasan bu cür adamların halına? - Ulucay Akif

Necə ağlamayasan bu cür adamların halına? - Ulucay Akif

14:10 22 may 2026
Erməni hakimin səkkiz il iş kəsdiyi bəstəkarımız kimdir?

Erməni hakimin səkkiz il iş kəsdiyi bəstəkarımız kimdir?

14:06 22 may 2026
Eyfel qülləsinin orijinal spiral nərdivanı hərracda satıldı

Eyfel qülləsinin orijinal spiral nərdivanı hərracda satıldı

12:45 22 may 2026
“İstiqlalın əbədi işığı”  adlı konsert proqramı keçirildi

“İstiqlalın əbədi işığı” adlı konsert proqramı keçirildi

12:25 22 may 2026
Bəstəkar Elnar Məmmədovun xatirəsi anıldı

Bəstəkar Elnar Məmmədovun xatirəsi anıldı

11:40 22 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər