Dağıdılan abidələrlə bağlı vətəndaşlara müraciət 

Dağıdılan abidələrlə bağlı vətəndaşlara müraciət 
13 noyabr 2020
# 18:07

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti vətəndaşlara müraciət edib.

APA-nın məlumatına görə, müraciətdə deyilir:

"Azərbaycan Respublikasının Silahlı Qüvvələri 30 ilə yaxın bir müddətdə Ermənistan Respublikası tərəfindən işğal edilmiş torpaqlarımızı azad edib. İşğal nəticəsində bir milyon nəfərə yaxın azərbaycanlı ata-baba yurdundan didərgin düşüb, ərazidə olan bütün infrastruktur məhv edilib, eləcə də tarix və mədəniyyət abidələrimiz Ermənistan Respublikasının təcavüzkar siyasətinin qurbanına çevrilib.

Ötən müddət ərzində Ermənistan tərəfi qeyri-qanuni fəaliyyətini davam etdirərək Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yerləşən müxtəlif dövrlərə aid daşınmaz tarix və mədəniyyət abidələrinin bir qismini dağıdaraq yox edib, bir qismini mənimsəyib, bir qismini isə vandalizm aktlarına məruz qoyub.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun doğma torpaqlarımızı işğaldan azad etməsi nəticəsində həmin ərazilərdə yerləşən milli-mədəni irsimiz diqqətdə saxlanılacaq, bərpa olunaraq yenidən xalqımıza qaytarılacaq.

Vandalizmə, dağıntıya və erməniləşdirməyə məruz qalmış tarix və mədəniyyət abidələrinin ilkin görkəminə qaytarılması üçün vətəndaşlarımızı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsünə dəstək göstərməyə çağırırıq. Vətəndaşlarımızdan Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş şəhər və rayonlarımızda yerləşən tarix və mədəniyyət abidələrinin və ya həmin abidələrin fonunda çəkilmiş fotoları skan edilmiş formatda Dövlət Xidmətinin rəsmi elektron ünvanına göndərmələri xahiş olunur.

Qabaqcadan milli-mədəni irsimizin bərpa olunaraq yenidən xalqımıza qaytarılması işinə dəstək göstərən hər bir vətəndaşımıza təşəkkürümüzü bildiririk.

Əlaqə üçün:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti

Tel: +994124989427

E-mail: [email protected]"

# 3005 dəfə oxunub

Oxşar xəbərlər

Dilçilik İnstitutu: "Yeni orfoqrafiya lüğətini izafət birləşmələrindən təmizləyirik"

Dilçilik İnstitutu: "Yeni orfoqrafiya lüğətini izafət birləşmələrindən təmizləyirik"

18:02 30 iyun 2026
"Sevgi  yüksəlişin yollarından biridir..." - Onun ən böyük sirri  nədədir?

"Sevgi yüksəlişin yollarından biridir..." - Onun ən böyük sirri nədədir?

17:40 30 iyun 2026
Müharibənin  dəhşətləri kətan üzərində - "Auvour döyüşü"

Müharibənin dəhşətləri kətan üzərində - "Auvour döyüşü"

17:03 30 iyun 2026
Azərbaycanın gələn il “Uşaq Avroviziyası”nda iştirak etməməsinin səbəbi açıqlandı

Azərbaycanın gələn il “Uşaq Avroviziyası”nda iştirak etməməsinin səbəbi açıqlandı

16:30 30 iyun 2026
İsveçrə qarət edilmiş  bürünc abidələri Nigeriyaya geri qaytardı

İsveçrə qarət edilmiş bürünc abidələri Nigeriyaya geri qaytardı

16:00 30 iyun 2026
“Türk dünyasında Ankaranın tarixi və mədəni dəyərlərinin anlamı” mövzusunda seminar təşkil olundu

“Türk dünyasında Ankaranın tarixi və mədəni dəyərlərinin anlamı” mövzusunda seminar təşkil olundu

15:52 30 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər