Azərbaycanlı yazarın pyesi Batumidə tamaşaya qoyulacaq

Azərbaycanlı yazarın pyesi Batumidə tamaşaya qoyulacaq
25 noyabr 2020
# 16:49

Yazıçı-dramaturq Ülviyyə Heydərovanın Batumi Beynəlxalq Monodram Festivalında qalib gələn “Uşaqlıq” monopyesi bu yaxınlarda Batumidə nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, gürcü dilində təqdim ediləcək tamaşanın quruluşçu rejissoru Ketevan Samxaradze, əsas rolun ifaçısı isə Tbilisi Gənclər Teatrının aktrisası Aniko Şurqaiadır. Təşkilat komitəsi Batumi Beynəlxalq Monodram Festivalını pandemiya səbəbindən onlayn rejimdə keçirməyi qərar alıb. Tamaşa Batuminin Acariya Televiziyası tərəfindən lentə alınıb və yaxın günlərdə onlayn nümayişi gözlənilir.

Qeyd edək ki, Ü.Heydərova bu pyeslə 2018-ci ildə Almaniyanın Potsdam şəhərində Höte İnstitutu tərəfindən keçirilən “Next Stage Europe -2018” gənc dramaturqların festivalında ölkəmizi təmsil edib. Həmin əsər Almaniyada Höte İnstitutu tərəfindən gənc dramaturqların əsərlərindən ibarət almanaxda dərc edilib. “Uşaqlıq” monopyesi, həmçinin 2019-cu ildə Moskvada keçirilən “XXI əsr- ilk hadisə” Müstəqil Beynəlxalq Müasir Dramaturgiya müsabiqəsinin “Tənha artist” nominasiyanın uzun siyahısına daxil edilib. Bundan başqa, səhnə əsəri 2020-ci ildə Sumqayıt Dövlət Dram Teatrında Xalq artisti Firudin Məhərrəmovun quruluşunda tamaşaya qoyulub. Tamaşanın premyerası karantin rejimi bitəndən sonra keçiriləcək.

# 2905 dəfə oxunub

Oxşar xəbərlər

"Məsuliyyətini daşıya biləcəyin fikrin adamı ol"  - Ahmet Hamdi Tanpınardan sitatlar

"Məsuliyyətini daşıya biləcəyin fikrin adamı ol" - Ahmet Hamdi Tanpınardan sitatlar

18:17 23 iyun 2026
"Həyat cəhənnəmdir, amma ölüm daha betərdir..." - Amerikalı şairdən aforizmlər

"Həyat cəhənnəmdir, amma ölüm daha betərdir..." - Amerikalı şairdən aforizmlər

17:30 23 iyun 2026
Parisdə məşhur qrupun konserti yarımçıq qaldı: Şəhərdə işıqlar söndü

Parisdə məşhur qrupun konserti yarımçıq qaldı: Şəhərdə işıqlar söndü

16:30 23 iyun 2026
Selin Diondan yeni fransızdilli mahnı

Selin Diondan yeni fransızdilli mahnı

16:10 23 iyun 2026
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada

Azərbaycan və Türkmənistan prezidentləri Şuşada

15:15 23 iyun 2026
Tanınmış rejissorun 65 illiyi qeyd edildi

Tanınmış rejissorun 65 illiyi qeyd edildi

14:20 23 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər