Azərbaycanlı yazardan yeni kitab

Azərbaycanlı yazardan yeni kitab
7 avqust 2020
# 17:36

“İnsan mühəndisi” – orijinal yanaşma və gerçək mesaj

Kulis.az xəbər verir ki, filologiya üzrə fəlsəfə doktoru, “Hədəf STEAM Liseyi”nin qurucu direktoru Şəmil Sadiqin “İnsan mühəndisi” adlı yeni kitabı elmi-kütləvi janrda qələmə alınıb. Kitabda müasir təhsilimizin əsaslı problemləri, hazırkı dünyada işlək olan təhsil konseptlərinin analizi, ən yeni tendensiyaların tətbiqi metodları, məktəb-valideyn-şagird üçlüyünün səmərəli əməkdaşlığı, çağımızın şagirdinə yanaşma üsulları və s. məsələlər geniş şəkildə təhlil olunub. Müəllifin təklif etdiyi “Hədəf Konsepti” əhatəli şəkildə təsvir olunub və təcrübi metodlarla əsaslandırılıb. Əlavə olaraq, kitabda çağdaş müəllim imicini zədələyən məsələlər və ümumilikdə müəllimlik anlayışı barədə də məqalələr yer alır.

“İnsan mühəndisi” kitabı “Bir kitab oxu, bir ağac ək!” sosial mesajı verən xüsusi tərtibatla təqdim olunur. Belə ki, kitabın üz qapağının arxa tərəfinə, həmin kitabın ərsəyə gəlməsində kəsilən bir ağacın əvəzinə yeni ağac əkmək üçün toxum yerləşdirilib. Oxucular həmin toxumu asanlıqla çıxararaq əkə və bu missiyanı tamamlaya bilərlər. Müəllif bu mesajla XXI əsr təhsilinin yetişdirdiyi insanın təbiəti qorumağa borclu olduğuna işarə edir.

“Qlobal fəlakətlərə yol açan insan təbiətlə dostlaşmağı, onu gələcək nəsillər üçün qorumağı bacarmalıdır. Müasir təhsil gələcəyin insanının təməlini, məqsəd və hədəflərini düzgün istiqamətləndirməlidir. Bu proses özlüyündə müxtəlif xırda pazllardan ibarət olsa da, bu Yer kürəsində hələ uzun müddət yaşaya biləcəyimiz məsələsi daha geniş məqsədə xidmət edir. Buna görə də “İnsan mühəndisi” kitabı STEM təhsil modelinin açıqlaması üzərində qurulub. Məncə, bizim bu kitabda əksini tapmış innovativ və orijinal yanaşmalara ehtiyacımız var” – deyə, kitabın redaktoru Səbuhi Şahmursoy bildirir.

“İnsan mühəndisi” kitabı tezliklə ictimaiyyətə təqdim olunacaq.

# 3389 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər