Azərbaycanlı şairdən kreativ təşəbbüs

Azərbaycanlı şairdən kreativ təşəbbüs
16 sentyabr 2020
# 16:41

Şair, tərcüməçi Akif Əhmədgil 15 sentyabr – Bakının rus bolşevikləri və erməni daşnaklarından azad olunmasının 102-ci ildöndümü münasibətilə gözəl bir təşəbbüsə imza atıb. Belə ki, Yeni Yasamalda səyyar kitab sərgisi təşkil edib.


Kulis.az xəbər verir ki, yaradıcılığında türk birliyi mövzusuna tez-tez üz tutan Akif Əhmədgilin Azərbaycan – Türkiyə qardaşlığının 102 il əvvəlki Bakı zəfəri ilə bağlı yaşadığı məhəllədə – 11-ci binanın həyətində, pandemiya tələblərini nəzərə almaqla keçirdiyi tədbir istedadlı söz adamının qəhrəman Nuru Paşaya sevgisini ifadə etməklə yanaşı, sakinlər, məktəblilər və dost-tanışlar üçün şanlı tarixi anım gününə çevrilib.

Tanınmış yazar özünəməxsus kiçik kitabxananın qarşısına Qafqaz İslam Ordusunun qəhrəman komandanı Nuru Paşanın yeni çəkilən portretini qoyub. Həmçinin maraqlı kitabları da sərgiləyib. Bu təşəbbüs həm dəvət olunmuş qonaqlar, həm də orada yaşayan sakinlər tərəfindən maraqla qarşılanıb.

Akif Əhmədgil bildirib ki, aksiya pandemiyanın şərtlərinə uyğun şəraitdə keçirilib: “Azərbaycan-Bakı fatehi Nuru Paşanın portretini Teyyub Art adlı rəssama çəkdirmişəm. Həyətimdə balaca kitabxanam var. 15 sentyabr Bakının işğaldan azad olunduğu gündür. Belə bir təşəbbüs göstərdim ki, həmin gün Nuru Paşanın portretini kitabxananın qarşısına qoyum. Çox adam gəlməsə də, heç olmasa 5-10 nəfər görüb, maraqlansın. 15 sentyabr həm də Bilik Günü olduğuna görə, istədim ki, şagirdlər dərsə gedəndə Nuru Paşanın böyük portreti diqqətlərini cəlb etsin. Məqsədimiz Bakını, Azərbaycanı xilas etmiş Nuru Paşa və qəhrəman əsgərlərinin xatirəsini yad etməkdir. Qafqaz İslam Ordusunun Bakını azad etməsi çox önəmli hadisədir”.

# 3243 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər