Azərbaycanlı professordan iki məşhur romanın adına etiraz

Azərbaycanlı professordan iki məşhur romanın adına etiraz
8 iyun 2021
# 10:01

“Heminquey özünün ən məşhur əsərlərindən biri üçün C.Donnun "Kimin üçün zəng çalınır?" misrasına müraciət etmişdir. Yeri gəlmişkən, romanın rus dilinə tərcüməsinin adında da bu misra saxlanılmışdır, dilimizə tərcümədə isə romanın adında C. Donnun misrasından imtina edilmiş, "Əcəl zəngi" variantına üstünlük verilmişdir.”

Bu sözləri professor Qorxmaz Quliyev özünün facebook profilində paylaşıb. O, daha sonra əlavə edib:

“İlk baxışdan bu variant yığcamdır, dilimizin deyim tərzinə uyğun gəlir. Amma yaddan çıxarmaq olmaz ki, "əcəl" sözü ölümü vurğulayır, hərəkətdən məhrum edir, bir filosofun dediyi kimi, fərdin həyatını taleyə çevirir. C.Donnun misrası isə diriyə müraciət edir, onu yaşamağa, mübarizəyə, dəyişməyə çağırır: labüd ölüm əl-qolumun yanıma düşməsinə yox, bütün gücümü-qüdrətimi səfərbər etməyə səsləyir. Heminueyi misranın məhz bu aspekti cəlb edirdi.

Professor Kafkanın “Məhkəmə” romanı ilə bağlı da analoji fikirlər yazıb:

“...Kafkanın məşhur "Proses" romanının adı dilimizə "Məhkəmə" kimi tərcümə olunmuşdur. Məndən ötrü məhkəmə son instansiyadır, hökmdür, başını aşağı salıb razılaşmaqdır. Lakin mən 60-cı illərin sonunda "qara" Kafkanı oxuyanda onun pafosu qəhrəmanın ümidsiz çabalarıdır, nəyin bahasına olursa-olsun, günahsız olduğunu sübuta yetirmək cəhdidir. Tərcüməçilik həqiqətən çətin sənətdir.”

# 3346 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər