Azərbaycanlı ifaçı beynəlxalq müsabiqənin Qran-Pri mükafatına layiq görüldü

Azərbaycanlı ifaçı beynəlxalq müsabiqənin Qran-Pri mükafatına layiq görüldü
17 iyun 2021
# 13:52

Nyu-Yorkda təşkil edilən “Fiestalonia Amerikan Edition” beynəlxalq distant yaradıcı insanların müsabiqəsində ölkəmiz də təmsil olunub.

Bu beynəlxalq müsabiqəyə həmyerlimiz, Prezident mükafatçısı Sevinc Babayeva da qanun ifası ilə qatılıb. Müsabiqənin münsiflər heyətinin yekun qərarına əsasən, Sevinc Babayeva 100 bal sistemi üzərindən 100 bal toplayaraq Qran-Pri mükafatı alıb.

Müsabiqədə bütün dünya ölkələrindən müxtəlif yaş qrupuna aid yaradıcı insanlar iştirak ediblər. Müsabiqəyə “World Talent Rankinq”(ABŞ), Böyük Britaniya və “Open İtaly” (İtaliya) assosiasiyaları rəhbərlik edib, eyni zamanda, müsabiqə dünyanın 20-dən artıq ölkəsinin Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənib. Müsabiqədə 5 ölkədən (İspaniya, Fransa, İtaliya, Çin və ABŞ) 40-a yaxın dünya şöhrətli mədəniyyət xadimlərindən, - musiqiçilərdən, vokal ustalarından, dirijorlardan, xoreoqraflardan, prodüserlərdən və tanınmış musiqi tənqidçilərindən ibarət nüfuzlu münsiflər heyəti fəaliyyət göstərib. “Fiestalonia Amerikan Edition” təşkilatçıları 5 sənət sahəsi üzrə dünyanın hər yerindən iştirakçıları dəvət edib: vokal sənəti, instrumental ifa, rəqqaslıq, rəssamlıq və dizayn. Müsabiqə şərtlərinə əsasən, Qran-Pri mükafatçısı 2022-ci ilin may ayında İspaniyada keçiriləcək “Sea Sun” müsabiqəsinə dəvətlidir.

Azərbaycandan başqa iştirakçılar da “Fiestalonia American Edition” beynəlxalq konkursunda iştirak ediblər. Belə ki, “Vokal” nominasiyasında Əməkdar artist Aybəniz Haşımovanın yetirmələri olan Sədat Əzizoğlu (25 yaşdan yuxarı), Təranə Məmmədli (20-25 yaş), İlkin Əhmədli (10-13 yaş) və Emin Nəsibli (10 yaşa qədər) 1-ci dərəcəli diplomlara layiq görülüblər.

“İnstrumental ifa” nominasiyasında Şəfiqə Məmmədova və Züleyxa Usubovanın yetirmələri olan Nigar Həsənova (10-12 yaş), Məhəmməd Quluzadə və Eslanda Bənnayeva (10 yaşa qədər), Könül Qurbanovanın yetirməsi Xurşud Cəbrayılova (10 yaşa qədər), Nigar Nəcəfovanın yetirməsi Zöhrə Qurbanova (10-12 yaş) və Aidə Qardaşovanın yetirməsi Röya Əliyeva (16-19 yaş) 1-ci dərəcəli diplomlar alıblar.

# 3446 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər