Azərbaycanlı aktyor vəfat etdi

Azərbaycanlı aktyor vəfat etdi
24 aprel 2020
# 10:25

Sumqayıt Dövlət Dram Teatrının aktyoru Möhtəsim Yusifov dünyasını dəyişib.

Şəkər xəstəliyindən əziyyət çəkən aktyor həyatla dünən vidalaşıb.

Onu daha çox "Mehdi" adı ilə tanıyırdılar. Mərhum aktyorluqla yanaşı el şənliklərində müğənnilik də edirdi. Möhtəsim Yusifov gözəl vokal səsə malik idi. Musiqi təhsilini böyük xanəndə, görkəmli pedaqoq Əlibaba Məmmədovdan aldıqdan sonra 10 il "Azkonsert" adlı mədəniyyət müəssisəsində çalışıb.

1994-cü ildən taleyini Sumqayıt Dövlət Dram Teatrı ilə bağlayıb. Oynadığı tamaşalarda musiqi parçalarını özü ifa edərdi. Möhtəsim Yusifovun yaratdığı obrazlar canlı və koloritli idi.

"Əlibaba və qırx quldur"da Əhməd, "Şahzadə və bacatəmizləyən"də Kral, "Üç qardaş"da Vəzir, "Şah"da Qiyamçı, "Cırtdanın sərgüzəştləri"ndə Div, "Varlı qadın"da Cangüdən, "Daşdəmirin nağlı"nda dəyirmançı kimi rollara maraqlı rənglər qatıb. /baku.ws/

# 5098 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər