Azərbaycanda yeni festival keçiriləcək

Azərbaycanda yeni festival keçiriləcək
2 iyun 2021
# 18:46

“Arts Council Azerbaijan” təşkilatının layihəsi, Mədəniyyət Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə “Simurq” uşaq musiqi festivalı keçirilir.

“Arts Council Azerbaijan”dan Kulis.az-a verilən məlumata görə, əvvəlki illərdə festivala təkcə pianoçular cəlb edilirdisə, bu dəfə musiqinin bütün sahələri ilə məşğul olan uşaqlar özlərini sınaya biləcəklər. Tədbirdə uşaqların rəsmlərindən ibarət sərgi də təqdim olunacaq. Təşkilatçılar incəsənətin bütün sahələrində uşaqların istedadını nümayiş etdirməyə qərar veriblər. Festivalın ilk konserti bu gün İçərişəhərdə “Art Tower” qalereyasının qarşısında başlayacaq.

Müəllifi tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə olan layihənin başlıca məqsədi Azərbaycanın gənc, istedadlı musiqiçilərini önə çıxarmaq və dəstək olmaq, eləcə də onlara ifaçılıq sənətində peşəkar bilik və bacarıqlar öyrətməkdir.

# 3071 dəfə oxunub

Oxşar xəbərlər

İspaniyada pomidor festivalı keçirildi - Fotolar

İspaniyada pomidor festivalı keçirildi - Fotolar

16:00 27 avqust 2026
SSRİ və Rusiyanın himnini dəfələrlə yazan şair - Sergey Mixalkov kim idi?

SSRİ və Rusiyanın himnini dəfələrlə yazan şair - Sergey Mixalkov kim idi?

15:30 27 avqust 2026
Tramp səmimiyyətsizlikdə günahlandırıldı – Məşhur müğənniyə görə

Tramp səmimiyyətsizlikdə günahlandırıldı – Məşhur müğənniyə görə

14:50 27 avqust 2026
"Böyük ideyalar ehtiras olmadan həyata keçirilmir..." - Hegeldən aforizmlər

"Böyük ideyalar ehtiras olmadan həyata keçirilmir..." - Hegeldən aforizmlər

14:20 27 avqust 2026
Dünya şöhrətli yapon rəssamla son  vida - Yayoi Kusama kim idi?

Dünya şöhrətli yapon rəssamla son vida - Yayoi Kusama kim idi?

13:40 27 avqust 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

12:40 27 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər