Azərbaycan Kiyevdə etnomədəni festivalda - Foto

Azərbaycan Kiyevdə etnomədəni festivalda - Foto
22 sentyabr 2020
# 11:58

Kiyev şəhərində yerli meriyanın təşəbbüsü ilə keçirilmiş etnomədəni festivalda Ukraynada yaşayan müxtəlif xalqların nümayəndələri iştirak ediblər.

Kulis.az xəbər verir ki, festivalda ölkəmizi Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) təmsil edib. Festivalda milli yeməklərimiz və maddi mədəniyyət nümunələrimiz nümayiş etdirilib.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşkilati dəstəyilə açılan Azərbaycan pavilyonu festivalın həm iştirakçıları, həm də qonaqları tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan xalqının milli musiqisi, rəqsləri, habelə təamları geniş maraq doğurub.

"Pavilyonun tərtibatında rəssam Əsgər Cavadovun böyük əməyi var. Tərtibatda Bakının qədim və müasir görüntülərindən istifadə edilib. Rəssam, həmçinin arzulayan hər kəs üçün ustad dərsi də keçirib. Bundan əlavə, Nicat Mirzəyevin başçılıq etdiyi "Qafqaz" ansamblı gözəl musiqi nümunələrimizi, alovlu rəqslərimizi qonaqlara nümayiş etdirərək tədbirə xüsusi rövnəq qatıb. Hər ikisinə verdikləri töhfələrə görə minnətdaram. Fikrimcə, bu festivalda Azərbaycan diasporu yüksək səviyyədə iştirak edib", - deyə UABD rəhbəri Hikmət Cavadov mətbuata açıqlamasında bildirib./azertag.az/

Gallery

Gallery

# 2946 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər