Azərbaycan-İraq mədəni əlaqələri müzakirə olundu

Azərbaycan-İraq  mədəni əlaqələri müzakirə olundu
24 iyun 2021
# 13:36

Azərbaycan Respublikasının İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov bu ölkənin parlamentinin mədəniyyət komitəsinin sədri xanım Samia Al-Galab ilə görüşüb.

Kulis.az xəbər verir ki, görüşdə iki ölkə arasında mövcud əlaqələr barədə məlumat verən N.Məmmədov mədəniyyət sahəsində əməkdaşlığın bu əlaqələrin daha da gücləndirilməsinə böyük töhfə verəcəyini bildirib.

Diplomat İkinci Qarabağ müharibəsi barədə ətraflı məlumat verərək işğaldan azad edilən ərazilərdə mədəni, tarixi və dini abidələrə dəymiş zərər, Ermənistan tərəfindən vandalizmə məruz qalmış abidələr, məscidlər və muzeylər barədə materiallar təqdim edib.

S.Al-Ghalab ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu qeyd edərək, 2019-cu ildə Bakı şəhərində keçirilən UNESCO-nun İrs Komitəsinin 43-cü sessiyasında İraq ərazisində yerləşən tarixi Babil şəhərinin Dünya İrs Siyahısına daxil edilməsində Azərbaycanın xüsusi rol oynadığını bildirib və buna görə öz təşəkkürünü ifadə edib.

Daha sonra S.Al-Ghalab Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən törədilmiş vəhşiliklər, mədəni və dini abidələrin dağıdılması məsələsinə toxunaraq, bu vandalizm aktının tək Azərbaycana qarşı deyil, bütün İslam dünyasına qarşı olduğunu vurğulayıb. Xanım sədr İraqın da belə təcrübələrdən keçdiyini, ölkəsinin tarixi abidə və şəhərlərinin İŞİD terror qruplaşması tərəfindən vandalizmə məruz qaldığını xatırladıb.

Komitə sədri iki ölkə arasında əlaqələrin son zamanlar sürətlə inkişaf edilməsindən məmnunluğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

# 2563 dəfə oxunub

Oxşar xəbərlər

Pelevinin yeni kitabı yaxın günlərdə satışda:  Mövzu Cefri Epşteynin adasıdır...

Pelevinin yeni kitabı yaxın günlərdə satışda: Mövzu Cefri Epşteynin adasıdır...

18:08 10 aprel 2026
Südabə Sərvinin yeni kitabı çap olundu

Südabə Sərvinin yeni kitabı çap olundu

17:33 10 aprel 2026
İlham Əzizin romanı təqdim olunacaq

İlham Əzizin romanı təqdim olunacaq

17:30 10 aprel 2026
"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

17:15 10 aprel 2026
Məşhur aktyorun evində narkotik tapıldı

Məşhur aktyorun evində narkotik tapıldı

16:16 10 aprel 2026
Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində zəngin musiqi irsimiz nümayiş olundu

Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində zəngin musiqi irsimiz nümayiş olundu

14:45 10 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər