Ağdam teatrının direktoru: "Öz yerimizə qayıtmağa hazırlaşırıq"

Ağdam teatrının direktoru: "Öz yerimizə qayıtmağa hazırlaşırıq"
8 dekabr 2020
# 16:30

Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı Azərbaycanda fəaliyyət göstərən bir əsrdən çox tarixə malik olan teatrlardan biridir. 1923- cü ildə Dram Teatrı statusu alan Ağdam Teatrı Ermənistanın Qarabağa işğalçı hücumu nəticəsində Ağdamın Quzanlı qəsəbəsinə köçürüldü. 27 ildir Quzanlı qəsəbəsində fəaliyyət göstərən teatr bir-birindən maraqlı səhnə əsərləri ilə Ağdam sakinlərinin zövqünü oxşamağa davam edir.

Kulis.az-a açıqlama verən Ağdam Dövlət Dram Teatrının direktoru Məhmməd Hüseynov Ağdam İşğal olunan gündən bəri teatrın öz fəaliyyətini bir an belə olsun dayandırmadığını diqqətə çatdırıb. O, qeyd edib ki, Ağdam Dövlət Dram Teatrı yenidən öz yerinə, Ağdam şəhərinə qayıdacaq:

“Erməni vandalları Ağdamda olan bütün Mədəni Maarif müəssisələrini, tarixi abidələri o cümlədən, Ağdam Dövlət Dram Teatrının binasını tamamilə məhv ediblər. Bildiyiniz kimi Ağdam şəhərinin lap mərkəzində Ağdam Dövlət Dram Teatrının çox möhtəşəm, unikal bir memarlıq abidəsi sayılan teatr binası var idi. Binanın qarşısında dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Fərhad və Şirin” əsərinin personajı olan Fərhad Büsutun dağını çapır adlı heykəl kompozisiya var idi. Bu gün o binanın da, heykəlin da yalnız qalıqları qalıb. 1923- cü ildən Dram Teatrı statusu verilən Ağdam Dövlət Dram Teatrı demək olar ki, həmən vaxtdan bəri Ağdam şəhərində fəaliyyət göstərən, Qarabağ bölgəsində ən məşhur incəsənət müəssisələrindən biri olub. Bu teatrın səhnəsində Azərbaycanın və dünya klassiklərinin əsərləri səhnəyə qoyulub. Tamaşçılar tərəfindən daima maraqla qarşılanmışdı. Ağdam şəhəri yenidən bərpa olunandan sonra bizim teatr da öz yerinə qayıdacaq və yeni-yeni səhnə əsərləri ilə yenidən tamaşaçıları sevindirəcək”.

Xatırladaq ki, Ağdamda qədim tarixə malik yüzlərlə tarixi və incəsənət abidələr olub. Müxtəlif tarixi dövrləri əks etdirən bu abidələrin əksəriyyəti bu gün ermənilər tərəfindən yerlə yeksan olub. Bunu məşhur fotojurnalist Rza Diqqətinin növbəti dəfə işğaldan azad olunmuş Ağdamdan paylaşdıgı görüntülərdə görmək mümkündür. Ağdamı XXI əsrin Xirosiması adlandıran fotoqraf Ağdam Dövlət Dram Teatrının qarşısında yerləşən fəvvarənin içində ucalan Fərhadın külünglə heykəlini taparaq fotolarını çəkib.

# 3650 dəfə oxunub

Oxşar xəbərlər

Pelevinin yeni kitabı yaxın günlərdə satışda:  Mövzu Cefri Epşteynin adasıdır...

Pelevinin yeni kitabı yaxın günlərdə satışda: Mövzu Cefri Epşteynin adasıdır...

18:08 10 aprel 2026
Südabə Sərvinin yeni kitabı çap olundu

Südabə Sərvinin yeni kitabı çap olundu

17:33 10 aprel 2026
İlham Əzizin romanı təqdim olunacaq

İlham Əzizin romanı təqdim olunacaq

17:30 10 aprel 2026
"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

17:15 10 aprel 2026
Məşhur aktyorun evində narkotik tapıldı

Məşhur aktyorun evində narkotik tapıldı

16:16 10 aprel 2026
Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində zəngin musiqi irsimiz nümayiş olundu

Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində zəngin musiqi irsimiz nümayiş olundu

14:45 10 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər