AYB katibi yazıçılara çağırış etdi

AYB katibi yazıçılara çağırış etdi
9 oktyabr 2020
# 10:24

“Hərbi əməliyyatlara vətəndaş mövqeyindən baxmaq bir az düzgün deyil.”

Bu sözləri tanınmış şair, Azərbaycan Yazıçılar İttifaqının katibi İlqar Fəhmi Qarabağda davam edən müharibə haqqında fikir bildirərkən söyləyib. O daha sonra əlavə edib:

“Başa düşürəm, insanlarımız qələbənin tez həyata keçməsini istəyirlər, amma nəzərə almaq lazımdır ki, müharibənin öz qaydaları var. İkinci məsələni də nəzərə almalıyıq, Azərbaycan hücum əməliyyatları həyata keçirir. Bunun çətinlikləri daha çoxdur. O baxımdan mən bizim bütün ədiblərə, yazıçılara, ziyalılara çağırış edirəm ki, hər dəfə xalqımıza müraciət eləsinlər: bir az dözümlü olsunlar, səbirli olsunlar. Ordumuza da dayaq olmağa davam eləsinlər.”

İ.Fəhmi Azərbaycana sülh çağırışı edən beynəlxalq təşkilatlardan da danışıb:

“Sülh çağırışı edənlər niyə 92-93-cü illərdə həmin çağırışı ermənilərə eləmədilər?! Niyə erməniyə demədilər ki, hücumu dayandırsın? Halbuki, o vaxt bizim hökumət də, ziyalılar da müraciətlər edirdi. Onda bizi heç kim eşitmirdi. Əslində, Azərbaycan xalqı o qurumların bütün çağırışlarının birtərəfli olduğunu çox yaxşı başa düşür. Bu gün Türkiyənin arxamızda olmağını şişirdib, böyüdüb, qaldırıblar dünya faciəsi səviyyəsinə. Amma 92-93-cü illərdə bütün dünya Ermənistana kömək edirdi. Hətta, yadımdadı, ABŞ-ın belə bir qanunu vardı ki, Azərbaycana dəstək edilməsin, Ermənistana dəstək edilsin. Niyə? Birtərəfli mövqe nümayiş etdirirdilər. Konkret deyirdilər, ermənilərə kömək edirik. Azərbaycanlılara heç nə etməyəcəyik. Bunun müqabilində o çağırışlar nədi? Yəni, heç olmasa, 20-25 il əvvələ qayıdıb, öz əməllərini, hərəkətlərini analiz eləsinlər”.

# 3908 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər