ADU-da Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub

ADU-da Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub
31 iyul 2021
# 12:52

Azərbaycan Dillər Universitetində (ADU) Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub.

APA-nın xəbərinə görə, açılış mərasimində Pakistan Milli Assambleyasının spikeri Əsəd Qeysər iştirak edib.

Açılış mərasimindən sonra Pakistan Milli Assambleyasının spikerinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Universitet rəhbərliyi və azərbaycanlı deputatlar arasında görüş keçirilib.

Görüşdə çıxış edən ADU-nun rektoru Kamal Abdulla ötən il Azərbaycan xalqının sınaqdan keçdiyini, 44 günlük müharibədə qalib gələrək torpaqlarının bütövlüyünü təmin etdiyini və bu mübarizədə bir çox ölkələrin Azərbaycanın ədalət mübarizəsini dəstəklədiyini deyib.

"Bizim mübarizəmizi dəstəkləyən dost, qardaş ölkələrdən biri də Pakistan oldu. Azərbaycan xalqı bu dəstəyi minnətdarlıq hissi ilə qarşıladı. Bu minnətdarlıq hissi Azərbaycan xalqının qəlbindən silinməyəcək", - deyə o bildirib.

Rektor qeyd edib ki mədəniyyət mərkəzinin yaradılmasının əsas məqsədi zəngin mədəni, tarixi irsə sahib olan Pakistan xalqını

Azərbaycanlı gənclər daha yaxşı tanısın, bu ölkəyə olan məhəbbətləri daha da artsın.

K.Abdulla Pakistanın Xarici Dillər Universiteti ilə ADU arasında əlaqələrin qurulması istiqamətində işlərin görüləcəyini də bildirib.

Daha sonra Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee çıxış edib. O deyib ki, bu mədəniyyət mərkəzi Pakistanın gözəl adət-ənənələri, mədəniyyəti, ədəbiyyatı barədə məlumatların çatdırılmasına xidmət edəcək. "Diləyirəm ki, bu mərkəz o qədər inkişaf etsin ki, gələcəkdə fakültə kimi fəaliyyət göstərsin", - səfir əlavə edib.

Pakistan Milli Assambleyaaının spikeri Əsəd Qeysər təhsil sahəsində Azərbaycan və Pakistan arasında əməkdaşlığın daha da dərinləşəcəyinə ümid etdiyini deyib. O qeyd edib ki, Azərbaycanda səfərdə olduğu müddətdə bir sıra görüşlər keçirib və təhsil sahəsində gələcəkdə mübadilə proqramları, diplomların qarşılıqlı tanınması kimi məsələlər də müzakirə olunub.

# 2549 dəfə oxunub

Oxşar xəbərlər

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

18:21 9 yanvar 2026
"Qarabağ hadisələrinin qızğın məqamı olsa da..." - Paracanov "Aşıq Qərib"i niyə çəkdi?

"Qarabağ hadisələrinin qızğın məqamı olsa da..." - Paracanov "Aşıq Qərib"i niyə çəkdi?

17:44 9 yanvar 2026
“Sarı gəlin” İranda erməni mahnısı kimi təqdim edildi - Agentlikdən münasibət

“Sarı gəlin” İranda erməni mahnısı kimi təqdim edildi - Agentlikdən münasibət

17:00 9 yanvar 2026
Teleradio Akademiyası treninqlərə start verir

Teleradio Akademiyası treninqlərə start verir

16:34 9 yanvar 2026
AMEA-da yeni şöbə yaradılacaq

AMEA-da yeni şöbə yaradılacaq

16:07 9 yanvar 2026
35 yaşında güllələnən Əməkdar artistimiz kimdir?

35 yaşında güllələnən Əməkdar artistimiz kimdir?

15:46 9 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər