6-cı sinif şagirdinin hekayəsi - Mətn

6-cı sinif şagirdinin hekayəsi - Mətn
28 aprel 2020
# 17:11

Kulis.az Gənc İstedadlar Liseyinin 6-cı sinif şagirdi Selcan Kərimlinin “Çətin sual” hekayəsini təqdim edir.

Məktəbimizin beşinci sinifində bir-birilə yola getməyən iki uşaq oxuyurdu. Onlar bir məktəbdə, eyni sinifdə oxumalarına baxmayaraq, özünü digərindən üstün tutur, bütün günü dalaşırdılar. Hər tənəffüsdə onların mübahisəsi ta müəllimlər otağına qədər gedib çıxırdı. Hər ikisi “mən güclüyəm” deməkdən yorulmur, özünü öyməkdən çəkinmirdi. Sinif yoldaşları onların bu hərəkətindən təngə gəlmişdilər. Hətta bir-iki dəfə uşaqlara davranışlarından bezdiklərini söyləmişdilər, həmin uşaqlar isə dalaşmaqdan bezmirdilər ki, bezmirdilər.

Bir gün uşaqlar toplaşıb qərara gəldilər ki, sinif yoldaşlarının hərəkətlərindən sinif rəhbərlərinə şikayət etsinlər. Çünki, ancaq müəllimləri uşaqların davasının qarşısını ala bilərdi.

Beləliklə, uşaqlar məktəbin Azərbaycan dili müəllimi Sevda müəllimin yanına getdilər. Uşaqlar bütün əhvalatı müəllimə danışıb kömək istədilər. Müəllim dalaşan uşaqları yanına çağırıb hərəsinə balaca bir qutu verib dedi:

- Bu qutuların hər ikisinin üzərinə eyni hərflər yazılıb - TƏSÇ. Hərflərin mənasını ilk kim tapsa, deməli o daha güclüdür. Ya hərflərin mənasını tapın, ya da məktəbdə mübahisə edib, dərsi pozduğunuza görə valideynlərinizi çağıracam. Hər şey aydındırsa, gedə bilərsiniz.

Uşaqlar “ yaxşı, müəllim” deyib otaqdan çıxdılar.

Çox fikirləşdilər, bir şey tapa bilmədilər. Qutu əllərində bütün məktəbi gəzdilər. Birinci mərtəbədən dördüncü mərtəbəyə qədər qarşılarına çıxan hər şagirddən hərflərin mənasını öyrənməyə çalışdılar. Düzgün cavab ala bilmədikləri üçün çox dilxor oldular. Məktəbin həyətində yorğun, əldəndüşmüş halda rastlaşdılar. Biri digərinə dedi:

- Sən bir şey tapa bildin?

O biri cavab verdi:

Yox, heç nə tapa bilmədim. Sən bir şey tapdın?

- Mən də tapmadım. Əgər tapa bilməsək müəllim valideynlərimizi çağıracaq. Bəlkə gücümüzü birləşdirək?

- Hə, olar. Mənə hərflərin sirri çox maraqlıdır.

- Mənə də maraqlıdır. Onda başlayaq.

Çox fikirləşdikdən sonra axtardıqları cavabı birlikdə tapdılar. Cavabdan çox təəccübləndilər. Hərflərin sirri isə belə idi: “Tək əldən səs çıxmaz.”

# 6381 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər