1200-dən artıq abidəyə məlumat lövhəsi quraşdırılacaq

1200-dən artıq abidəyə məlumat lövhəsi quraşdırılacaq
22 avqust 2025
# 15:45

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarix-mədəniyyət abidələrinə məlumat lövhələrinin yerləşdirilməsi ilə bağlı yeni layihənin icrasına başlayıb.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya Dövlət Xidmətindən məlumat verilib.

Layihənin əsas məqsədi abidələrin mühafizəsinin gücləndirilməsi, bu sahədə ictimai maarifləndirmənin təmin olunması, insanların diqqətinin abidələrin qorunmasına yönəldilməsi, həmçinin abidələrin təbliği ilə qanunsuz müdaxilələrin vaxtında qarşısının alınmasıdır.

Mərhələli şəkildə həyata keçiriləcək layihə çərçivəsində 2025-ci il ərzində Bakı şəhəri və bölgələrdə yerləşən 1200-dən artıq abidəyə məlumat lövhəsinin quraşdırılması planlaşdırılır.

Lövhələrdə yer alan bütün məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 saylı Qərarı ilə təsdiq olunmuş məlumatlar əsasında hazırlanır. Yeni lövhələrdə hər bir tarixi abidənin adı, tarixi, inventar nömrəsi və əhəmiyyət dərəcəsi barədə zəruri məlumatlar öz əksini tapır. Bu da həm yerli sakinlər, həm də ölkəmizi ziyarət edən turistlər üçün abidələrimiz haqqında aydın və etibarlı mənbə rolunu oynayacaq.

Dövlət Xidməti bir daha bütün vətəndaşları tarix-mədəniyyət abidələrinin qorunmasına dəstək göstərməyə, xalqımızın zəngin mədəni irsinin gələcək nəsillərə bütöv şəkildə çatdırılmasına həssas yanaşmağa çağırır.

# 1339 dəfə oxunub

Oxşar xəbərlər

"İstanbul Saat Festivalı"  keçirildi

"İstanbul Saat Festivalı" keçirildi

11:30 15 oktyabr 2026
"Frieze 2026" müasir incəsənət həftəsi açıldı:  Baş mükafat hörümçək heykəlinə verildi

"Frieze 2026" müasir incəsənət həftəsi açıldı: Baş mükafat hörümçək heykəlinə verildi

10:40 15 oktyabr 2026
Gəncə Filarmoniyasında yanğın - taktiki təlimi keçirildi

Gəncə Filarmoniyasında yanğın - taktiki təlimi keçirildi

10:34 15 oktyabr 2026
Fransız polisi Renuarın oğurlanmış əsərlərini tapdı

Fransız polisi Renuarın oğurlanmış əsərlərini tapdı

10:30 15 oktyabr 2026
Mükafat qazanan yazıçı süni intellekt  ittihamlarını rədd etdi

Mükafat qazanan yazıçı süni intellekt ittihamlarını rədd etdi

10:14 15 oktyabr 2026
Xudu Məmmədovun oğlu:  "O demişdi ki, biz Xudu Məmmədovu ölümə məhkum etmişik" - Müsahibə

Xudu Məmmədovun oğlu: "O demişdi ki, biz Xudu Məmmədovu ölümə məhkum etmişik" - Müsahibə

10:00 15 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər