"Ədibin Evi" nin elan etdiyi müsabiqənin vaxtı uzadıldı

"Ədibin Evi" nin elan etdiyi müsabiqənin vaxtı uzadıldı
15 aprel 2020
# 12:56

2019-cu ilin noyabr ayında “Ədibin Evi”nin elan etdiyi Mir Cəlal adına ikinci hekayə müsabiqəsinə hekayələrin qəbulu aprel ayının 1-dək planlaşdırılsa da, mövcud qlobal pandemiya vəziyyəti ilə əlaqədar müsabiqənin müddəti uzadılıb. Belə ki, müsabiqədə iştirak etmək istəyənlər mayın 1-dək hekayələrini təqdim edə bilərlər.

Kulis.az xəbər verir ki, müsabiqəyə 7 dildə 450-dən artıq hekayə qəbul edilib. Müsabiqə iştirakçıları arasında məktəblilər, müəllimlər, əcnəbilər, həvəskar və peşəkar yazıçılar da var. Eyni zamanda, son bir ay ərzində qəbul edilmiş hekayələrin bir çoxunda koronavirus problemi, Azərbaycan həkimlərinin belə çətin dövrdəki fəaliyyəti öz əksini tapıb.

“Ədibin Evi” maraqlanan şəxsləri müsabiqədə iştiraka dəvət edir. Müsabiqənin qayda və şərtlərinə görə hekayənin həcmi 1500 (min beş yüz) sözdən çox olmamalıdır. Hekayələrin məzmunu və yazıldığı dil ilə bağlı məhdudiyyət yoxdur. Çap olunmuş hekayələr qəbul edilmir. Hekayələr elektron şəkildə [email protected] ünvanına 2020-ci il mayın 1-dək göndərilməlidir.

Qaliblər Xalq yazıçısı Elçinin sədrliyi ilə peşəkar yazıçı və ədəbi tənqidçilərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək və koronovirusla bağlı mövcud vəziyyət aradan qalxdıqdan sonra mükafatlandırılacaqlar.

Birinci yerin qalibinə 3 min, ikinci yerin qalibinə (iki mükafat) 2 min, üçüncü yerin qalibinə isə (üç mükafat) 1000 manat pul veriləcək.

Qeyd edək ki, Mir Cəlal XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyevin başladığı hekayəçilik ənənələrinin ən uğurlu davamçısı kimi Azərbaycan ədəbiyyatında kiçik hekayə ustası adını qazanmışdır. “Ədibin Evi” hekayə janrının inkişafına töhfə vermək məqsədilə hər iki ildən bir Mir Cəlal adına hekayə müsabiqəsi təşkil edir.

2017-ci ilin sentyabr ayında elan olunmuş birinci hekayə müsabiqəsinə 165-i məktəbli, 20-si əcnəbi vətəndaş olmaqla 389 nəfər iştirakçı tərəfindən 6 dildə hekayə təqdim edilmişdir. Qaliblər 2018-ci ilin may ayında “Ədibin Evi”ndə mükafatlandırılmışlar.

# 2954 dəfə oxunub

Oxşar xəbərlər

Şair Həsən Kürün vəziyyəti açıqlandı

Şair Həsən Kürün vəziyyəti açıqlandı

22:43 23 fevral 2025
Ermənistanın futbol klubuna qaçan "neftçili" - Banişevski və itirilmiş yaddaş

Ermənistanın futbol klubuna qaçan "neftçili" - Banişevski və itirilmiş yaddaş

12:00 23 fevral 2025
Bakıda kütləvi hipnoz terapiyaları keçirilirmiş - APA TV

Bakıda kütləvi hipnoz terapiyaları keçirilirmiş - APA TV

22:47 22 fevral 2025
Gənc şair Həsən Kür intihara cəhd etdi - Foto

Gənc şair Həsən Kür intihara cəhd etdi - Foto

21:03 22 fevral 2025
Mətbəə 60 ildən sonra muzeyə çevrildi

Mətbəə 60 ildən sonra muzeyə çevrildi

14:22 22 fevral 2025
Salman Rüşdini bıçaqlayan şəxs məhkəmə qarşısında

Salman Rüşdini bıçaqlayan şəxs məhkəmə qarşısında

13:00 22 fevral 2025
#
#
# # #