“Ulduz" jurnalının yeni sayı

“Ulduz" jurnalının yeni sayı
28 yanvar 2020
# 13:57

“Ulduz” jurnalının bu ilə olan ilk buraxılışı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, poeziyaya həsr olunmuş jurnalı Yazıçılar Birliyinin Gənclər Şurası hazırlayıb. Jurnal Gənclər Şurasının sədri, şair Fərid Hüseynin Ön sözü ilə başlayır.

Yanvar sayında Rəvan Cavid, Fuad Cəfərli, Tural Turan, Emin Piri, Şahanə Müşfiq, Allahşükür Ağa, "Söz” ədəbi layihəsindən Günel Şamilqızı, Mehman Rəsulov, Firdovsi Rəsul, Rüstəm Hacıyevin yeni şeirləri dərc olunub.

Tənqidçi, ədəbiyyatşünas Ülvi Babasoyun "Musa Yaqubun "Mən də eləyəm” şeirində vizual və akustik poetika” yazısı ilə də tanış olacaqsınız.

Xanım Aydının tərcüməsində şairlər və şeirlər haqqında aforizmləri, Məhəmməd Nurinin tərcüməsində fars ədəbiyyatından Məhəmməd Şirinzadənin, Şatir Abbas Səbuhinin şeirlərini (filoloji tərcümə), Aytac Quliyevanın tərcüməsində Nərmin Sarıbaşın "Didəm Madak” yazısını, Başqırd poeziyasından Mustay Kərimin və Gülnaz Kutiyevanın şeirlərini, Mahir Həmidovun tərcüməsində Mahmud Faxurinin "Cahilliyət dövrü ərəb şeiri” yazısını, Səxavət Sahilin tərcüməsində Migel Ernandes şeirləri oxuyacaqsınız.

Həmçinin dünyada oxunan ən çox şeir kitablarını və ən çox oxunan instaqram şairi haqqında da Elcan Salmanqızının ingilis mətbuatından tərcümə etdiyi xəbərlərlə tanış olacaqsınız.

"Ulduz”un bu nömrəsində Günel Şamilqızı çağdaş türk şeirinin ən parlaq nümayəndələrindən olan Qönçə Özmənin şeirlərini tərcümə edib.

Xatirə Nurgülün tərcüməsində Lev Kolodnının "Onlar təkcə şair deyildilər...” məqaləsini, Nüşabə Babayeva-Vəkilovanın Vaqif Səmədoğlu haqqında "Mən sənin yolunam” yazısını, Mehman Həsənlinin "Nəsr təfəkkürlü poeziya və ya Aytmatovun səslənişləri” məqaləsini və Aytmatovun şeirlərini ilk dəfə bu sayda oxuyacaqsınız.

Şair Şəhriyar del Gerani və bədii qiraətçi Kamran Yunislə müsahibədə "Ulduz”un bu nömrəsində yer alıb.

Qeyd edək ki, jurnalın bu sayının redaktoru Fərid Hüseyn, eksperti Cavanşir Yusiflidir.

# 4982 dəfə oxunub

Oxşar xəbərlər

Bakı Dövlət Sirki “Səmaya yüksələnlər”i təqdim edəcək

Bakı Dövlət Sirki “Səmaya yüksələnlər”i təqdim edəcək

11:20 7 mart 2026
Azərbaycan kəlağayı sənəti Argentinada

Azərbaycan kəlağayı sənəti Argentinada

10:35 7 mart 2026
“Sarı köynək”: Aşıq Ələsgər irsi yeniyetmələr üçün yeni kitabda

“Sarı köynək”: Aşıq Ələsgər irsi yeniyetmələr üçün yeni kitabda

17:53 6 mart 2026
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub

"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub

16:11 6 mart 2026
Orkestrin növbəti konserti Beynəlxalq Qadınlar Gününə  həsr olundu

Orkestrin növbəti konserti Beynəlxalq Qadınlar Gününə həsr olundu

14:30 6 mart 2026
Hacıbaba Hüseynovun zəngin muğam irsinə həsr olunan musiqi axşamı

Hacıbaba Hüseynovun zəngin muğam irsinə həsr olunan musiqi axşamı

14:00 6 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər