“Ulduz” jurnalının avqust sayı işıq üzü gördü

“Ulduz” jurnalının avqust sayı işıq üzü gördü
20 avqust 2021
# 13:39

“Ulduz” jurnalın avqust ayı üçün nəzərdə tutulan nömrəsi işıq üzü görüb.

Kulis.az xəbər verir ki, jurnalın bu nömrəsi Nargisin “Özüylə söhbəti və şeirləri”ylə açılır. Nəşrin “Müzakirə saatı”nda “Nizami Gəncəvi və çağdaş ədəbi gənclik” mövzusunu gənc yazarlar müzakirə edir. “Yazı masası”nın qonağı şair Səlim Babullaoğludur.

“Ulduz”un bu nömrəsindən “Əli Əmirli – Ustad dərsləri” başlayır. “Təbriz eli” Nurəddin Muqəddəmin (Aydın Duman) hekayəsini təqdim edir. “Nəsr”də oxucuların qonağı Simran Qədimdir. “Şeir vaxtı”nda Xalid Mahmud, Sabir Yusifoğlu, Arzu Hüseyn və Orxan Yaşarın şeirləri dərc olunub. “Tənqid” bölməsində Elnarə Akimovanın “Modern sənət prinsipləri kontekstində Nizami” və Vaqif Yusiflinin “Ədəbi fraqmentlər: Zərdüşt Şəfini oxuyandan sonra” yazıları yer alıb. “Tribuna”da İradə Aytel Rəşad Məcid yaradıcılığından, Bilal Alarlı “Şeirimizin şəhid obrazi – Əkbər Hüseynli”dən yazır.

“Ulduz”un avqust nömrəsində Mahirə Nağıqızının Aşıq Ələsgər yaradıcılığından yazısını, Xatirə Rəhimbəyli, Günay Ümid, Süleyman Abdulla, Aləmzar Sadıqqızı, Mütalib Tahiroğlu, Nazilə Gültacın şeirlərini, İlham Qəhrəmanın bayatılarını oxuya bilərsiniz. Nizami Tağısoyun “Abay yaradıcılığı dünya ədəbiyyatşünaslığında və başqa dillərə tərcümə müstəvisində” araşdırması da bu nömrədə yer alıb.

Gülnar Səma “Aysel Xanlarqızının “Darıxan şeirlər”indən söz açır. “Dərgidə kitab”da oxucuların görüşünə “Mirzə əfsanəsi”ylə Ələmdar Cabbarlı qonaq gəlib.

# 3863 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər