"Qaranlıqdan reportaj" təqdim olunacaq

"Qaranlıqdan reportaj" təqdim olunacaq
7 dekabr 2019
# 10:00

"Qaranlıqdan reportaj” tammetrajlı bədii filminin təqdimatı keçiriləcək.

Kulis.az xəbər verir ki, Azərbaycan və Fransa (Memuar Films, Caracteres Productions) istehsalı olan filmin dekabrın 11-də ADO teatrında təqdimatı baş tutuacaq.

Elşən Ədalətli, Pərviz Gülməmmədov, Nigar Kulahmədova, Ayşad Məmmədov, Cahangir Məlikov, İlqar Dadaşov, Tərlan Rəsulov, Ziyadxan Əliyev, Ruslan İsmayılov, Vüqar Arıqlar, Əhməd Qala, Tarix Vüsallı, Təzəxan Bəşir, Sevil Əlibəyli, İntiqam Hacılı, Elvin Adıgözəl çəkildiyi filmin prodüserləri İntiqam Hacılı və Elvin Adıgözəl, ko-prodüseri Etyen de Rikodur. Rejissoru Elvin Adıgözəl olan ekran əsərinin musiqisi Alain Kremskinindir, art-direktoru isə Nilufər Hacılıdır.

Qeyd edək ki, 2018-ci ildə 29-cu Marsel Beynəlxalq Film Festivalın əsas yarışma bölməsində iştirak edən filmin çəkilişləri Biləsuvar rayonunda və Bakı şəhərində aparılıb.

"Qaranlıqdan reportaj” tammetrajlı bədii filmi Marsel Beynəlxalq Film Festivalında iştirak edən ilk Azərbaycan filmidir. Bu, həm də Azərbaycanda müstəqil kinonun (independent cinema) uğuru kimi dəyərləndirilir.

Bölgə müxbiri çalışan Kərim düşdüyü tələdən qurtulmağa və karyerasını nizamlamağa çalışsa da, həmkarlarından gözləmədiyi hərəkətlərlə qarşılaşır. Bu isə digər həmkarının həyatı üçün təhlükəyə səbəb olur. Kərim vicdan əzabı ilə üz-üzə qalır.

# 4350 dəfə oxunub

Oxşar xəbərlər

“Klassik musiqi həvəskarları klubu”nun növbəti tədbiri

“Klassik musiqi həvəskarları klubu”nun növbəti tədbiri

17:30 2 iyun 2026
III Kəlağayı Festivalı  təşkil olundu

III Kəlağayı Festivalı təşkil olundu

17:13 2 iyun 2026
“Ləzginka” rəqs ansamblı  Bakıda konsert proqramı ilə çıxış etdi

“Ləzginka” rəqs ansamblı Bakıda konsert proqramı ilə çıxış etdi

16:20 2 iyun 2026
"Qadın beyninin necə işlədiyi kişilərin o qədər də vecinə deyil..." - Kerol Şilds

"Qadın beyninin necə işlədiyi kişilərin o qədər də vecinə deyil..." - Kerol Şilds

15:30 2 iyun 2026
Gənc reper faciəvi şəkildə vəfat etdi

Gənc reper faciəvi şəkildə vəfat etdi

15:12 2 iyun 2026
Məzar daşın nida kimi dikəlmiş... - Məcnun Göyçəlinin şeirləri

Məzar daşın nida kimi dikəlmiş... - Məcnun Göyçəlinin şeirləri

13:30 2 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər