Kitab sərgisi

“Qarabağa sülh, sevgi və ümid” adlı xeyriyyə konserti keçiriləcək

“Qarabağa sülh, sevgi və ümid” adlı xeyriyyə konserti keçiriləcək
11 may 2021
# 10:26

Keçən ilin noyabr ayında Azərbaycanın qələbəsilə nəticələnən İkinci Qarabağ müharibəsindən təsirlənən, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı sənətkarlar, musiqiçilər, yazıçılar, şairlər və Azərbaycanın dostları “Qarabağ uğrunda” həmrəylik cəmiyyətini yaratdılar. Məqsəd müxtəlif təşəbbüslər, bədii proqramlar vasitəsilə Qarabağda sülhün bərqərar olmasına, dinc həyatın bərpasına dəstək verməkdən ibarət idi. Yaradıcı insanlar tariximizdə nümunəvi birlik hissi yaşayaraq ifaları, çıxışları ilə bölgədə harmoniyanın bərpası səslərinə qatılmaq istəyib, “Qarabağ uğrunda” cəmiyyəti ətrafında bilrəşdilər.

Kulis.az xəbər verir ki, cəmiyyətin təşəbbüsü ilə “Qarabağa sülh, sevgi və ümid” adlı qlobal xeyriyyə konserti təşkil ediləcək. Dünyanın bir çox ölkələrindən mədəniyyət xadimləri birləşib virtual konsert proqramının məzmunu üzərində çalışıb. Qeyd etmək lazımdır ki, proqramın bədii rəhbəri, bir tərəfi əslən Şuşadan olan və hazırda Texas ştatında yaşayan doktor Cəmilə Cavadova-Spitzberq Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra 1986-91-ci illərdə Ağdam şəhəri Musiqi Texnikumunda dərs deyib. O, "Azərbaycan-Amerika Musiqi Fondu"nun yaradıcısı və təsisçisidir.

Cəmiyyət haqqında məlumat verən elmlər doktoru C. Cavadova-Spitzberq deyib: “İdeyanın arxasında dayanan ən güclü amil səmimiyyətdir. İlk təşəbbüsümüz olan xeyriyyə konsertinin məqsədi 44 gün sürən Qarabağ müharibəsi nəticəsində psixoloji əziyyətlərə, travma almış əsgərlərin sinir pozğunluğuna, depressiyaya məruz qalmış insanlara yığılan ianələr vasitəsilə yardım göstərməkdir. Ruh sağlamlığı – cəmiyyətin sağlamlığı deməkdir, sülhün, əmin-amanlığın rəmzidir. Bununla yanaşı, Qarabağdakı mədəni irsimizin dirçəlişinə də dayaq olmağa ümid edirik. İnanırıq ki, dünyadakı insanlar bu nəcib işi dəstəkləmək üçün səsimizə səs verəcəklər. İanə vermək üçün bu keçiddən istifadə etmək olar: https://forkarabakh.com/peace-for-karabakh/ Sizi proqramda gözləyəcəyik."

“Qarabağa sülh, sevgi və ümid” konserti iki hissədən ibarətdir. Birinci hissə mayın 22, ikinci hissə isə mayın 23-də Nyu-York vaxtı ilə günorta saat 12:00-də, Bakı vaxtı ilə 20:00, Ankara və Moskva vaxtı ilə 19:00 www.forkarabakh.com saytı vasitəsilə yayımlanacaq.

Proqram müxtəlif təşkilatların və fərdi insanların səyləri nəticəsində baş tutacaq. Bura Meyn ştatının Azərbaycan Cəmiyyəti, Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasını, Florida-Azərbaycan Mədəniyyət Cəmiyyətini, “Mənim yolum” ("My way") - Uşaq İnkişaf Mərkəzini, Amerika Azərbaycan Cəmiyyətləri Konqresi, həmçinin Britaniya-Azərbaycan Cəmiyyəti, İsrail-Azərbaycan Beynəlxalq Birliyi (AZIZ), Fransa Azərbaycan Dialoq Assosiasiyası və onların rəhbərləri, Tərlan Əhmədov, İradə Axundova, Alyona Bədəlova, Töhfə Eminova, Aqil Hüseynov, Fəridə Pənahova, Yeganə Salman, Aytən Muradovanı aid etmək olar. Proqramın bədii şura üzvləri doktor Zümrüd Dadaşzadənin, doktor Nigar Axundovanın, Günel Rzayevanın, Cahangir Novruzovun, Aysel Rəcəblinin, İslam Manafovun əməyini xüsusi qeyd etmək lazımdır. TRT Ankara Televiziya Yayım Prodüseri İradə Rəfizadə proqramın istehsalına rəhbərlik edib. Proqram Azərbaycan-Amerika Tibb Birliyi tərəfindən maliyyələşdirilib. /azertag.az/

# 2036 dəfə oxunub

Oxşar xəbərlər

“İlyas Əfəndiyev”  mükafatı təqdim edildi

“İlyas Əfəndiyev” mükafatı təqdim edildi

18:42 3 oktyabr 2025
Uşaqları yəhudi olsa da, yəhudiləri sevməyən şair – Onu teatrdan niyə qovmuşdular?

Uşaqları yəhudi olsa da, yəhudiləri sevməyən şair – Onu teatrdan niyə qovmuşdular?

18:17 3 oktyabr 2025
31 yaşında Amerikada öldürülən müğənnimiz kimdir?

31 yaşında Amerikada öldürülən müğənnimiz kimdir?

18:01 3 oktyabr 2025
Mabel Matiz 3 il  həbs cəzası ala  bilər

Mabel Matiz 3 il həbs cəzası ala bilər

17:32 3 oktyabr 2025
Kitablarına ən çox qadağa qoyulan yazarlar

Kitablarına ən çox qadağa qoyulan yazarlar

15:50 3 oktyabr 2025
"İçərişəhər" Dövlət Qoruğunun İdarə Heyətinə yeni üzv təyin olunub

"İçərişəhər" Dövlət Qoruğunun İdarə Heyətinə yeni üzv təyin olunub

15:18 3 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər