“Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda” monoqrafiyası çap olundu

“Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda” monoqrafiyası çap olundu
6 may 2021
# 17:21

AMEA Gəncə Bölməsinin Rəyasət Heyətinin qərarı ilə filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Həsən oğlu Muxtarovun “Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda” adlı monoqrafiyası çap olunub.

Akademiyanın Gəncə Bölməsindən verilən məlumata görə, monoqrafiyanın elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, elmi rəhbər və Ön sözün müəllifi, akademik Nizami Cəfərovdur. Rəyçilər Əməkdar elm xadimi, professor Xəlil Yusifli, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva və Təhsil Nazirliyi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Könül Nəhmətovadır.

Monoqrafiya ədəbiyyatın bütün janrlarında şairin obrazının təsvirinin bədii cizgilərinin öyrənilməsinə həsr olunub. Kitabda dahi mütəfəkkir haqqında orta əsrlərdən bu günə qədər Azərbaycan bədii ədəbiyyatında yazılan şeirlər, hekayələr, poemalar, romanlar və pyeslər tədqiq və təhlil süzgəcindən keçirilərək işıqlandırılıb.

206 səhifədən ibarət olan monoqrafiya 200-dən çox mənbəyə istinadən qələmə alınıb. Monoqrafiya ədəbiyyatşünaslarla yanaşı, tarix, dilçilik, fəlsəfə və ümumən humanitar sahədə çalışan mütəxəssislər üçün əhəmiyyətli tədqiqat əsəridir.

Qeyd edək ki, bu il böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev yanvarın 5-də 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı Sərəncam imzalayıb. “Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda” adlı monoqrafiya da “Nizami Gəncəvi İli”nə bir töhfədir.

# 3192 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər