“Məmurların düz sözünə rast gəlməmişik” - Baba Vəziroğlu vaksinasiyadan danışdı

“Məmurların düz sözünə rast gəlməmişik” - Baba Vəziroğlu vaksinasiyadan danışdı
17 fevral 2021
# 12:55

“Məmurların özlərini yalandan peyvənd olunmuş kimi göstərməsi mənəviyyat məsələsidir”.

Bu sözləri şair Baba Vəziroğlu Kulis.az-a açıqlamasında deyib. O, cəmiyyətin məmurların peyvənd olunmasına inamsızlığı ilə bağlı fikirlərini bölüşüb:

“Məşhur bir məsəl var: “Hər qoyunu öz ayağından asırlar” Söhbət məmurlara inamsızlıqdan gedirsə, onu qeyd edim ki, bu indi yaranmayıb. Bu on illər boyu formalaşmış bir inamsızlıqdır ki, hər bir mərhələdə özünü göstərir, o cümlədən də peyvənd kampaniyasında. Çünki məmurların düz sözünə rast gəlməmişik. Bəlkə də hərdən müəyyən şeyləri düz deyirlər, amma məsəl var, deyirlər, “Yalançının evi yandı, heç kim inanmadı”. Məmurların özlərini yalandan peyvənd olunmuş kimi göstərməsi mənəviyyat məsələsidir, lap dərinə getsək, istintaq məsələsidir. Amma hər kəs özünə cavabdehdir. Yenə məşhur bir şeirdəki misrada deyildiyi kimi:

“Kimi aldadırsan, ay zalım oğlu”

Burda artıq aldatmaq bumeranq kimi gəlib həmin şəxsin özünə dəyəcək. Bu artıq xalqı rüşvət almıram, həyat quracam, mən əhalini incitmirəm, təmiz insanam yalanları ilə aldatmağa bənzəmir.

Onu da deyim ki, koronavirus iribuynuzlu məmurla, şair Baba Vəziroğlu arasında fərq qoymur. Mənə elə gəlir ki, ilahi ədalət bu məqamda keçərlidir. Virus necə Baba Vəziroğlunun yanına gələ bilərsə, eyni zamanda yüksək çinli məmurun da yanına gələ bilər. Amma xahiş edirəm bu sıraya həkimləri qatmayaq. Bu bir il ərzində nə qədər həkim koronavirusdan dünyasını dəyişdi. İnanmıram ki, həkimlər vaksinasiya prosesini imitasiya etsinlər.

Baba Vəziroğlu “Özünüz peyvənd olunacaqsınızmı?” sualımızı da cavablandırıb:

“Mən qanun adamıyam. Məsləhət olarsa, mütləq peyvənd vurduracam. Heç bir etirazım yoxdur. Hamının bu bəladan yeganə xilas yolu olan peyvənd kampaniyasına qoşulmağa çağırıram. Dövlətin zəhmətini yerə vurmaq olmaz. Belə çətin zamanda dövlətimiz vətəndaşları üçün milyonlar sərf edir, gərək dəyərləndirək.”

# 3544 dəfə oxunub

Oxşar xəbərlər

"Füyuzat”  dərgisinin 147-ci sayı işıq üzü gördü

"Füyuzat” dərgisinin 147-ci sayı işıq üzü gördü

18:14 4 mart 2026
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olundu

Əməkdar artist Kübra Əliyeva evində ziyarət olundu

18:10 4 mart 2026
"Bütün janrlarda rahatlıqla ifa edə bilərəm” - Elnarə Abdullayeva

"Bütün janrlarda rahatlıqla ifa edə bilərəm” - Elnarə Abdullayeva

17:40 4 mart 2026
“IRS-Heritage” jurnalının yeni nömrəsi işıq üzü gördü

“IRS-Heritage” jurnalının yeni nömrəsi işıq üzü gördü

17:30 4 mart 2026
Salvador Dalinin ən böyük əsəri hərraca çıxarıldı

Salvador Dalinin ən böyük əsəri hərraca çıxarıldı

17:24 4 mart 2026
Tik-tokda yataq görüntülərini paylaşan ər-arvad - Sosial şəbəkələri əxlaqsızlıq yuvasına çevirənlər

Tik-tokda yataq görüntülərini paylaşan ər-arvad - Sosial şəbəkələri əxlaqsızlıq yuvasına çevirənlər

16:27 4 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər