“Faciənin fotosu” sənədli filmin təqdimatı keçirilib

“Faciənin fotosu” sənədli filmin təqdimatı keçirilib
20 yanvar 2020
# 10:13

Yanvarın 19-da Nizami Kino Mərkəzində Azərbaycan Fotoqraflar Birliyi (AFB) tərəfindən çəkilən, qanlı yanvar gecəsini əks etdirən “Faciənin fotosu” sənədli filminin təqdimatı keçirilib.

Kulis.az Azərtaca istinadən xəbər verir ki, filmin ideya müəllifi və rejissoru Fərqanə Qasımlıdır.

Filmin çəkilməsində məqsəd arxivdə itib qalan fotoların üzə çıxarılmasıdır.

Tədbirdə çıxış edən AFB-nin sədri Mirnaib Həsənoğlu bildirib ki, film fotoqrafların fotoqraflar haqqında çəkdiyi bir filmdir. Burada 30 il bundan öncə qanlı yanvar gecəsi zamanı 14 fotoqrafın çəkdikləri fotolar əks olunub.

F.Qasımlı deyib: “Bu hadisədən 30 il keçib. Filmdə gördüyünüz hadisələrə mən o zaman qaranlıq otaqdan baxırdım. Burada heç bir yerdə göstərilməyən fotolar nümayiş olunur. Yaranan çətinliklərə baxmayaraq filmin öhdəsindən gəldik”.

# 4161 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər