"Audio Kitab" layihəsində Nəsiminin qəzəlləri səsləndirilib

"Audio Kitab" layihəsində Nəsiminin qəzəlləri səsləndirilib
6 dekabr 2019
# 18:20

Dekabrın 6-da Bakı Kitab Mərkəzində Azercell-in “Audio Kitab” layihəsi çərçivəsində İmadəddin Nəsiminin qəzəl və rübailərinin audio kitab formatında səsləndirilməsinə həsr olunmuş tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Rusiyanın Azərbaycandakı səfiri Mixail Nikolayeviç Boçarnikov, Hollandiyanın Azərbaycandakı səfiri Onno Kervers, Moldovanın Azərbaycandakı səfiri George Leuka, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər.

Rebus Teatrının hazırladığı "Sığmazam" adlı pantomimanın nümayişindən sonra "Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev çıxış edərək şirkətin hər zaman ölkənin mədəni, sosial həyatında yaxından iştirak etdiyini bildirib: "Bu il ölkə başçısının sərəncamı ilə "Nəsimi ili" elan olunub. Biznes strukturu olmağımıza baxmayaraq, belə bir layihəni dəyərləndirməyə bilmədik. Dahi Nəsimini xarici oxuculara da daha yaxından tanıtmaq, onun yaradıcılığını müasir mütaliə vasitəsi ilə təbliğ etmək məqsədi ilə şairin qəzəllərini 3 dildə səsləndirərək "Bookmate" proqramının "Audio Kitab" bölümünə yüklədik. Artıq “Azercell”in təqdim etdiyi "Bookmate" mobil tətbiqindən istifadə edən hər kəs dil daşıyıcıları tərəfindən səsləndirilən Nəsimi irsindən zövq ala bilər. Biz bu işi görməklə insanlara Nəsimini aşılamağa çalışdıq. Korporativ sosial məsuliyyətli şirkət olaraq bundan sonra da mədəniyyətlə bağlı bir çox layihələr həyata keçirəcəyik".

Xalq yazıçısı Anar bildirib ki, həyat inkişaf elədikcə ədəbiyyatın da müxtəlif şəkilləri ortaya çıxır: "Kitab mədəniyyəti sıradan çıxmasa da kitabın müxtəlif formalarda təqdimatı yaranır. Bu layihə də onlardan biridir".

Erkan Özoral qeyd edib ki, Nəsimi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının şairidir: "O, böyük türk dünyasının bu günə qədər yaşamış ən böyük filosoflarından biridir. Nəsimi təkcə yaşadığı yüz ildə deyil, indi də yaşayır, əminəm ki, bundan sonra da yaşayacaq. Çünki onun ortaya qoyduğu fəlsəfə bizə dünyanı anlamağa kömək edir".

Sonra Əməkdar artist Sevda Ələkbərzadənin ifasında musiqi parçaları dinlənilib.

Tədbir çıxışlarla davam edib.

Qeyd edək ki, şeirləri Azərbaycan dilində gənc qiraətçi Xəzər Süleymanlı səsləndirib.

# 4077 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

17:49 25 may 2026
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçildi

Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçildi

16:50 25 may 2026
"Qaraçı qızı" mozaikasının daha bir itkin parçası aşkarlandı

"Qaraçı qızı" mozaikasının daha bir itkin parçası aşkarlandı

16:44 25 may 2026
İspaniyada  17-ci əsrə aid unikal tablolar tapıldı

İspaniyada 17-ci əsrə aid unikal tablolar tapıldı

16:00 25 may 2026
Serenay Sarıkaya saxlanıldı

Serenay Sarıkaya saxlanıldı

14:01 25 may 2026
İnsanın xatırlamadığı şey onun üçün mövcud deyil... - Məşhur amerikalı yazıçıdan sitatlar

İnsanın xatırlamadığı şey onun üçün mövcud deyil... - Məşhur amerikalı yazıçıdan sitatlar

14:00 25 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər